“Mexanizmin işləməyinə imkan verəcəklər?”
“Bəziləri elə fikirləşir ki, Rəqabət Məcəlləsini qəbul etsək, hər şey həll olunacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı bildirib.
Deputatın sözlərinə görə, Azərbaycanda monopolistlər, inhisarçılar var: “Bu fakt isə daxili bazara ciddi təzyiq göstərir. Bu təzyiqə görə qiymətlərdə ciddi problemlər yaranır. Bu məcəllənin qəbul edilməsi çox vacibdir. Lakin məcəllə qəbul edildikdən sonra işləmə mexanizmi necə olacaq? İmkan verəcəklər? Rəqabət orqanı necə fəaliyyət göstərəcək? Qanunauyğun fəaliyyət göstərsə, problemlər olacaq. Buna görə keçid mərhələləri olmalıdır. Bu, 1-2 ilin işi deyil”.
V.Əhmədov vurğulayıb ki, burada ciddi problemlərdən biri də bazar payı anlayışıdır: “50 % bazar payı elə bazara hökmranlıq etməyə bərabərdir. Biz əvvəl bazar payını 30 % demişdik. Düşünürəm, bu belə olsa, daha şəffav olacaq”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə ona cavab olaraq bildirib ki, bəzi subyektlərin bazarda 50 % paya malik olması, bəlkə də cəmiyyətə faydalıdır:
“Hansısa innovativ şirkət bazarda lap 60 % paya malik ola bilər. Burada əsas məqsəd subyektlərinin davranışlarıdır. 60 % bazar payına malik subyekt bazarda özünü necə aparır? Rəqabət mühitini pozurmu?”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay