BAKU Azərbaycan
°C

27 sentyabr 2023-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

ABA-dan verilən məlumata görə, iclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub:

Şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
Yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

Azərbaycan bank icması hər zaman Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Son xəbərlər

"Qızılcanın bu qədər yayılmasına səbəb özəl klinikalardır" - Pediatr OD püskürdü

Tanınmış cərrahı öldürən Türkiyə vətəndaşının məhkəməsi başlayır

Ronaldu qadın futbolçular barədə: “Sizi bağrıma basıram”

Əhaliyə VACİB XƏBƏR: Bundan sonra...

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Azərbaycan yığması Mərakeşə UDUZDU

HƏMAS rəhbəri Maskı Qəzzaya çağırdı

Messi 1-ci, Ronaldo 2-ci oldu

"Həyat yoldaşımı mətbəxə buraxmıram"

Kamil və Gülay Zeynallı bir arada - VİDEO

Ərdoğan Macarıstana səfər edəcək

Rusiyalı məşhur infark keçirdi: Reanimasiyaya yerləşdirildi

Şəkidə obyektə tüfənglə atəş açan şəxs saxlanıldı

Nail Naiboğluna itki - FOTO

Ödənişli yolda ağır qəza - Ölənlər var

Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib

Gəncədə obyektdə yanğın olub

Laçında açıq səma muzeyi yaradılacaq

Türkiyədə azərbaycanlı məmurlara qarşı dələduzluq

Xaçmazda avtomobil aşıb, ölən və yaralanan var

Bütün xəbərlər