BAKU Azərbaycan
°C

Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq.

Gundem.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.

“Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Məsələn, artıq 2024-cü ildə də istehsal ili, yəni 2014 və ya əvvəlki illərdən çox olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq.

Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də 10 nəzərə alınmaqla qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik. Məsələn 2015-ci ildə də istehsal edilən avtomobillərin idxalı 2025-ci ildə məhdudlaşdırılacaq. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, - deyə V.Bayramov deyib.

Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir.

“Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”, - deyə o, əlavə edib.

Son xəbərlər

Martda gözlənilən maqnit qasırğaları – Bu tarixlərdə DİQQƏTLİ olun

Alimlər qan xərçənginin müalicəsi üçün innovativ yanaşma hazırlayıblar

Bakıda dördotaqlı ev yanıb

Prezident XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bayden üçüncü dəfə həkimə müraciət etdi

İsraillə HƏMAS arasında prinsipial razılıq əldə olunub

Azərbaycanda dəhşətli qəza - Ölənlər və yaralılar var - FOTO

Bakı metrosunda bu gecə təlim keçiriləcək

Roma Papası xəstəxanaya yerləşdirildi

Bu bürclərin valideynləri övladlarına qarşı SƏRTDİRLƏR

Masallıda 12 yaşlı qız zorla ərə verildi? - VİDEO

29 fevralla bağlı inanclar: Uğurlu yoxsa uğursuz gün?

Alidənin toyundan ilk görüntülər - VİDEO - FOTOlar

Miri Yusif serial üçün yazılan bəstəni oxudu - VİDEO

Atıcılarımız Avropa çempionatında daha bir medal QAZANDILAR

Sumqayıtda ata oğluna kəsici alətlə xəsarət yetirdi

Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir - MN

Messinin abunəçilərinin sayı 500 milyona çatdı

Borrelin səhhətində problem yarandı

“Qarabağ”ın əsas hücumçusu zədələndi - FOTO

Bütün xəbərlər