BAKU Azərbaycan
°C

Azərbaycanda yenidən devalvasiyanın olacağına dair son günlər iddialar səsləndirilir. Həmin iddialarda devalvasiyanın hansı səbəbdən baş verəcəyi göstərilməsə də yayılan şayiə ayaq tutaraq yeriyir. 
Gundem.az xəbər verir ki, əsası olmayan bu cür fikirlərin inkişafında Azərbaycan əhalisində 2015-ci ildəki devalvasiya ilə bağlı travmanın yaranması da rol oynayır. Yaxın tariximizdə baş verən iki böyük devalvasiya insanlarda elə bir qorxu yaradıb ki, hər dəfə bu mövzu ortaya atılanda əhali yenidən eyni halın təkrarlanacağından ehtiyatlanır. 
Bəs əslində hazırda devalvasiyanın baş verməsi üçün əsas varmı?
İndi yeni devalvasiyanın baş verməsi üçün əsas yoxdur, əksinə mövcud şərtlər manatın bahalaşmasına əsas yaradır. 
Azərbaycanda təkrar devalvasiyanın baş verməsi üçün ilk növbədə cari əməliyyatlar balansında böyük kəsir yaranmalı və bu kəsirin qısa müddətdə, məsələn bir il ərzində aradan qalxması ehtimalı az olmalıdır. 2015-ci ildə belə bir vəziyyət yarandığından Mərkəzi Bank devalvasiya qərarını qəbul etdi.  
Cari əməliyyatlar balansı nədir? 

Cari əməliyyatlar balansı dedikdə xarici ticarət (idxal-ixrac), əldə edilən və göstərilən xidmətlər, əldə edilən və ödənilən ilkin gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) üzrə əməliyyatların fərqi nəzərdə tutulur. Bu əməliyyatlar üzrə ümumi fərq müsbət olduqca manatın ucuzlaşmasına əsas yaranmır. 
2022-ci ildə cari əməliyyatlar balansında 23,5 milyard dollara yaxın müsbət fərq olub. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində isə müsbət fərq 6,7 milyard dollara yaxındır. İlin yekununda müsbət fərqin 9 milyard dollar olacağı ehtimalı var. 
Cari əməliyyatlar balansında bu qədər müsbət fərqi olan ölkədə milli valyuta ucuzlaşmamalı, əksinə bahalaşmalıdır. 
Ümumilikdə, manatın məzənnəsinə təsir edən göstərici isə tədiyə balansının vəziyyətidir. Cari əməliyyatlar balansı tədiyə balansının əsas hissəsini təşkil edir. Tədiyə balansının digər hissəsini isə maliyyə hesabı balansı formalaşdırır. Təcrübə göstərir ki, Azərbaycanda məzənnənin artıb və ya azalması maliyyə hesabına ciddi təsir etmədiyindən məzənnə məhz cari əməliyyatların vəziyyətinə uyğun olaraq tənzimlənir. Məsələn, cari əməliyyatlarda müsbət fərq varsa, lakin ümumən tədiyə balansında fərq mənfidirsə, Azərbaycanda Mərkəzi Bank və hökumət müxtəlif tədbirlərlə maliyə hesabı balansını tarazlaya bilir, manat ucuzlaşdırılmır. Amma tədiyə balansında müsbət fərqin olmasına baxmayaraq, cari əməliyyatlar balansında böyük kəsir yaranarsa və bu, uzun müddət qalarsa, o halda, manatın ucuzlaşdırılmasından başqa yol qalmır. 

İndi həm cari əməliyyatlarda, həm də ümumən tədiyə balansında müsbət fərq mövcuddur. Buna görə də manatın ucuzlaşmasından yox, onun bahalaşmasından danışmağa əsas var. 
Xüsusən 2022 və 2023-cü illərdə cari əməliyyatlarda böyük müsbət fərqin yaranması manatın bahalaşması yönündə təzyiqi artırıb. Müsbət fərqin böyük olması Azərbaycanda dollar bolluğu yaradıb və bu bolluq Mərkəzi Bankı bazara alışyönlü müdaxilə etməyə vadar edib. Nəticədə son 2 ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2021-ci ilin sonundakı 7,075 milyard dollardan 2023-cü ilin sonundakı 11,6 milyard dollara yüksəlib. İki ildə daxili bazarda yaranan dollar artıqlığını aradan qaldırmaq üçün Mərkəzi Bank dövriyyəyə əlavə manat buraxaraq milyardlarla dollar alıb. Bu alışların hesabına iki il ərzində valyuta ehtiyatının həcmi 4,5 milyard dollardan çox artıb. 
Bəs Azərbaycanda hansı halda cari əməliyyatlar balansında kəsir ola bilər?
Ölkəmizin cari əməliyyatlarında kəsirin olması indiki şərtlərdə yalnız ixrac olunan neftin qiymətindən asılıdır. Bizim üçün neftin qiyməti olduqca böyük əhəmiyyət kəsb edir. Çünki hasil edilən neftin həcmi ilbəil azaldığından ixraca yönəldilən neftin də həcmi azalır. Belə bir vəziyyətdə qiymətlər hətta yüksək səviyyədə sabit qalsa da Azərbaycanın neftdən əldə edəcəyi gəlirlər aşağı düşəcək. 
Neft hasilatı 2023-cü ildə 30 milyon tondan bir qədər çox olub. Hasilatın 2024-cü ildə 29,5 milyon tona, 2025-ci ildə 28,3 milyon tona, 2026-cı ildə 27,48 milyon tona, 2027-ci ildə 26,9 milyon tona düşəcəyi gözlənilir. Proqnoza əsasən, qarşıdakı 4 ildə neft hasilatı 10 faiz azalacaq. 
Qaz hasilatına diqqət yetirdikdə qarşıdakı 4 ildə ciddi artım olmayacağını görürük. Proqnozlara görə, 2024-cü ildə hasilat 37 milyard kub metr olacaq və 2027-ci ilə qədər təxminən bu səviyyədə qalacaq. 
Əgər neft hasilatının azalması proqnozu çərçivəsində qiymətlər də xeyli azalarsa, o halda cari əməliyyatlarda kəsirin yaranması realdır. Neftin qiyməti 80 dollar səviyyəsində qalacağı təqdirdə isə devalvasiyanın olması ehtimalı azdır. 
Devalvasiya ehtimalı həm də qeyri neft-qaz sektorundakı vəziyyətdən asılı olacaq. Qeyri neft-qaz sektoruna aid olan malların ixracı artarsa, həmçinin pullu xidmətlərdə bahalaşma baş verərsə, devalvasiya ehtimalı sıfıra yaxın olacaq. 
Azərbaycanda devalvasiya ehtimalını 2027-ci ildən sonrakı dövr üçün proqnozlaşdırmaq mümkündür. Lakin həmin dövrdə də devalvasiya 2015-ci ildəki kimi kəskin yox, yumşaq olacaq. Yəni məzənnə il ərzində ən çoxu 3-5 faiz səviyyəsində dəyişikliyə uğrayacaq.  (Sfera.az)

Son xəbərlər

ABŞ saytı: "Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır"

Vəzifəli şəxslər cinayət məsuliyyətinə CƏLB EDİLDİ - RƏSMİ

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini QƏBUL ETDİ

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI - Müəllimlərin NƏZƏRİNƏ! 

"Avroviziya"ya bu ölkənin bayrağı ilə giriş QADAĞAN OLUNDU

Bu tarixdən İçərişəhərə giriş MƏHDUDLAŞDIRILACAQ - RƏSMİ

Dünya bazarlarında neft BAHALAŞDI

İcra Hakimiyyətində məmurla vətəndaş arasında NƏ BAŞ VERİR?

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olundu - FOTO

Yüksək faizli depozit kampaniyası davam edir

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

Bu məşhur klubun baş məşqçisi İSTEFA VERDİ - FOTO

Hikmət Hacıyev: "YUNESKO bir adamın əlində alətə çevrilməməlidir"

İntihar və ya ruhi xəstəliklər: Hitlerin məşuqələrinin həyatı necə sona çatıb?

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

Bütün xəbərlər