BAKU Azərbaycan
°C

Azərbaycanda ötən il ölkə üzrə 8,8 faiz inflyasiya qeydə alınsa da bəzi rayon və şəhərlərdə bahalaşma sürəti digərlərindən fərqlənib. Yaşayış məntəqələrinin bəzilərində bahalaşma çox yüksək, bəzilərində isə çox aşağı olub. 


Gundem.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəmizdə ən yüksək bahalaşma Tərtər rayonunda qeydə alınıb.

Bu rayonda qiymətlər 13,4 faiz artıb. Tərtərdə qiymətlərin bu qədər çox artmasının səbəbi ərzaq və pullu xidmətlərin kəskin bahalaşması ilə bağlıdır. Rayonda il ərzində ərzaq malları 15,4 faiz, pullu xidmətlər 13,4 faiz bahalaşıb. 


Kürdəmir, Beyləqan, Ağstafa və Xaçmaz rayonlarında da qiymətlərin artım sürəti yüksək olub. Adıçəkilən rayonlarda illik qiymət artımının sürəti 12-12,4 faiz aralığında dəyişib. Bu rayonların hər birində bahalaşmanı gücləndirən əsas məhsullar ərzaq malları olub. Adları çəkilən yaşayış məntəqələrindən başqa Tovuz rayonunun (11,5 faiz), Naftalan şəhərinin (11,3 faiz), Ağsu rayonunun (11 faiz) sakinləri də yüksək qiymət artımından əziyyət çəkiblər.

Azərbaycanda qiymət artımı nisbətən aşağı olan yaşayış məntəqələri də var. Bunların arasında Xızı rayonu fərqlənib. Xızıda qiymətlər cəmi 5,8 faiz artıb.
Azərbaycanın bu kiçik rayonunda qiymət artımlarının zəif olmasının səbəbi qeyri-ərzaq və pullu xidmətlərin dəyərinin 2-3 faiz artması, eyni zamanda ərzaq mallarında qiymət artımının 9,4 faiz olmasıdır. 
Qiymət artımı zəif olan yaşayış məntəqələri arasında İmişli, Lerik və Saatlı rayonları (hər birində 6,4 faiz), Yardımlı rayonu (6,5 faiz), Göyçay rayonu (7,9 faiz) da var. Bu rayonlarda qiymət artımlarının sürətinin zəif olması ərzaq mallarında bahalaşmanın nisbətən aşağı olması, həmçinin digər mal qruplarında qiymət artımlarının 1-3 faiz intervalında dəyişməsi ilə bağlıdır. (Sfera.az)

Son xəbərlər

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb

Bütün xəbərlər