BAKU Azərbaycan
°C

Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib.

Gundem.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

"Neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər”.

Deputat diqqətə çatdırıb ki, daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır.

“Çünki iş rejimindən asılı olaraq, onların sosial müdafiəsinin daha gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yeniləşdirilməsi vacibdir. Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”. (Sfera.az) 

Son xəbərlər

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb

Bütün xəbərlər