BAKU Azərbaycan
°C

Banklardan və bank olmayan kredit təşkilatlarından kredit götürən şəxslər faiz ödənişlərinin daha çox olmaması üçün borcunu imkan daxilində vaxtından əvvəl qaytarmağa çalışır. Bu məqsədlə borcalanların bəziləri aylıq ödənişlərinə əlavələr edir, bəziləri isə müddət başa çatmamış qalıq vəsaiti tam ödəməklə krediti bağlayır. 


Gundem.az xəbər verir ki, kredit götürənlərin bu niyyətləri yaxşı olsa da bəzi banklar və digər kredit təşkilatları onların istəklərini boşa çıxarırlar. Belə ki, müqavilədə göstərilən müddətdən tez borcun qaytarılmasına baxmayaraq, hesablanan faizlər borcalandan tam məbləğdə alınır. Bu cür tələblər kredit verənlərə əlavə qazanc gətirsə də kredit götürənlərdə ciddi narazılıq yaradır. 


Bəs bankların və digər kredit təşkilatlarının borcalanlardan əlavə faiz məbləğini almaq hüququ varmı?


Məsələ ilə bağlı saytımıza açıqlama verən bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, kreditlərə görə faizlərin hesablanması və ödənişi qaydası fərdi müqavilədə öz əksini tapır. Ekspert bildirdi ki, əgər müqavilədə xüsusi şərt yoxdursa, kredit verənin borcalandan yekunda əvvəldən hesablanan faizlərin hamısını alması doğru deyil.

“Amma müqavilədə belə bir şərt varsa, kredit götürənin faizləri tam ödəməkdən başqa yolu qalmır”, - deyən Ə.Həsənov bir qayda olaraq bu cür xüsusların fiziki şəxslərlə bağlanan kredit müqavilələrində öz əksini tapmadığını söylədi:

“Bir qayda olaraq fiziki şəxslərə verilən kreditlər vaxtından əvvəl bağlandıqda həmin tarixə qədər yaranan faiz borcu alınır, müqavilədə göstərilən müddətə görə hesablanan faizlər alınmır”.

Ekspert qeyd etdi ki, müqavilədə göstərilən müddətə görə hesablanan faizlərin tam alınması təcrübəsi sahibkarlıq məqsədilə verilən kreditlərdə ola bilər:

 

"Amma sahibkarlıq fəaliyyəti üçün götürülən kreditlərdə də bu məsələ müqavilə şərtlərində öz əksini tapmalıdır. Müqavilədə bu şərt yoxdursa, kredit vaxtından əvvəl bağlandıqda faizlərin hamısının ödənilməsi tələb edilə bilməz”. 


Məlumat üçün bildirək ki, Azərbaycanda bankların əldə etdikləri gəlirin böyük hissəsi məhz faizlərdən ibarətdir. 2023-cü ildə bankların faizlərdən gəliri 3,5 milyard manata çatıb. Faiz gəlirləri 2022-ci ildə 2,74 milyard manat, 2021-ci ildə 2,1 milyard manat idi. Göründüyü kimi, banklar son illərdə faiz gəlirlərini xeyli artıra bilib. Faiz gəlirlərinin daha çox hissəsi kredit verilən zaman əldə edilir.  2023-cü ildə kreditlər hesabına alınan faizlərin ümumi məbləği 2,57 milyard manatdan çox olub. Bu göstərici 2021-ci ildə 1,71 milyard manat, 2022-ci ildə 2,19 milyard manat idi. 


Qeyd edilən rəqəmlər göstərir ki, banklar üçün kreditlər üzrə faizlər böyük əhəmiyyət kəsb edir və bu, əsas gəlir mənbəyidir.  (Sfera.az) 

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Kərəm Mustafayev İrana SƏFƏR ETDİ

Onlar kolon xərçənginə daha çox tutulurlar - ARAŞDIRMA 

“Turan Tovuz”un futbolçusu 4 oyunluq CƏZALANDIRILDI

Bu ölkədə həbsdə olan yazıçıların sayı ARTDI

Kəlbəcərdə AĞIR QƏZA - Yaralılar var

Azərbaycan XİN Polşanı TƏBRİK ETDİ

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə YOLA DÜŞDÜ

İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini İTTİHAM ETDİ

Sualtı tunel Avropanı Şimali Afrika ilə birləşdirəcək - YENİ LAYİHƏ

Telefondan çox istifadə bu xəstəliklərə SƏBƏB OLUR - XƏBƏRDARLIQ!

Şənbə gününün hava proqnozu AÇIQLANDI

Türkiyədə inflyasiya 70 faizə çatır - STATİSTİKA

4000 manat pul oğurlayan şəxs SAXLANILDI

Prezident: "Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk"

Prezident İlham Əliyev polşalı həmkarını TƏBRİK ETDİ

Azərbaycanda iş vaxtının saatları azaldıla bilərmi? - AÇIQLAMA 

Taleh Yüzbəyovdan tənqidlərə CAVAB: "Yoldaşımın paylaşdığını da..." 

"Erkən nikahla bağlı maarifləndirmə işləri vacibdir" - Hicran Hüseynova

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Bütün xəbərlər