BAKU Azərbaycan
°C

Dünyanın ən böyük investisiya banklarından biri olan “Morgan Stanley”in proqnozuna əsasən, “Brent” markalı neftin qiyməti 2024-cü ilin yayında 90 dollara yüksələcək.


Gundem.az xəbər verir ki, “Morgan Stanley” bu proqnozunu verən zaman dünyada neftə tələbin təkliflə eyni səviyyəyə çatmasını və son günlər Rusiyanın neft emalı zavodlarına dron hücumları ilə əlaqədar bu ölkədə neft hasilatının azaldılmasını əsas götürüb. 
Əvvəlki proqnozunda “Morgan Stanley” 2024-cü ilin üçüncü rübündə “Brent” markalı neftin qiymətinin 80 dollar olacağını təxmin edirdi. Bank yeni proqnozunda qiymətin 10 dollar artaraq 90 dollara çatacağını bildirib. 

“Morgan Stanley” proqnozlaşdırır ki, bu ilin ikinci və üçüncü rübləri ərzində OPEC və Rusiya gündəlik hasilatını 0,2-0,3 milyon barel azaldacaq. 
Qeyd edək ki, “Morgan Stanley” daha ehtiyatlı proqnoz verən bankdır. Onun proqnozları bir çox hallarda özünü doğrultmaqla yanaşı, bəzi hallarda faktiki göstəricilər proqnoz göstəricidən də yüksək olur. Məsələn, bank 2024-cü ilin birinci rübündə “Brent” neftinin qiymətini 82,5 dollar proqnozlaşdırmışdı. Amma mövcud qiymətlər mart ayının sonuna qədər qalacağı təqdirdə orta qiymət 85 dolları ötəcək. “Morgan Stanley” proqnozlarında daha ehtiyatlı yanaşmasından belə aydın olur ki, cari ildə neft qiymətləri ən azından 80 dollar səviyyəsində dəyişəcək. Bu qiymət səviyyəsi isə Azərbaycan üçün olduqca əlverişlidir.  (Sfera.az) 

Son xəbərlər

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Bütün xəbərlər