BAKU Azərbaycan
°C

Böyük şəhərlərlə müqayisə Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən Bakıda 60 min avtomobil taksi xidməti göstərir. Qurum rəsmilərinin fikrincə əhali sayı təxminən 3 milyon nəfər olan bir şəhər üçün bu qədər taksinin olması çoxdur.

Gundem.az xəbər verir ki, Bakıda taksilərin sayı ilə bağlı son vaxtlar çox diskusiyalar aparılır.

Nəqliyyat sektorunda dövlət tənzimlənməsini həyata keçirən qurumun rəsmiləri taksi xidməti göstərən avtomobillərin sayının çox olmasında israr etsə də əksər müstəqil ekspertlər taksi sayının çox olmadığını, bazarda mövcud olan rəqabət şəraitinin taksilərin sayını tənzimlədiyini bildirirlər. Bəs dünyanın digər tanınmış şəhərlərində vəziyyət necədir? Həmin şəhərlərdə taksi sayı nə qədərdir?

Şəhərlərdə taksilərin sayının çox və ya az olması əhali sayına və şəhərin ərazisinə görə müəyyən edilir. Hər 1000 nəfərə düşən taksi sayı Mexikoda 3,7 ədəd, Parisdə 2,7 ədəd, Londonda 2,4 ədəd, Honkonqda 2,4 ədəd, Berlində 2,1 ədəd, Nyu-Yorkda 1,6 ədəd, İstanbulda 1,2 ədəd təşkil edir. Başqa cür ifadə etsək, bir taksi Mexikoda 270 nəfərə, Parisdə 370 nəfərə, London və Honkonqun hər birində 417 nəfərə, Berlində 476 nəfərə, Nyu-Yorkda 625 nəfərə, İstanbulda 833 nəfərə xidmət göstərir. Bakıda hər 1000 nəfərə düşən taksi sayı daha çoxdur. Əgər paytaxt əhalisinin sayını rəsmi statistikada olduğu kimi 2,8 milyon nəfər götürsək onda 1000 nəfərə 21 ədəd taksi, qeyri-rəsmi məlumatlarda iddia edildiyi kimi 4 milyon nəfər olduğunu nəzərə aldıqda isə 15 ədəd taksi düşür. Bakıda ən aşağı göstərici ilə hesablasaq bir taksi 67 nəfərə xidmət göstərir.

Ümumilikdə, dünyada şəhərlər üzrə orta hesabla hər 1000 nəfərə 3 taksi düşür. Bir taksi maşını təxminən 333 nəfərə xidmət edir. Taksi sayı ilə bağlı digər mühüm göstərici bir kvadrat kilometrə düşən taksi sayıdır. Bir kvadrat kilometrə Mexikoda 54, Nyu-Yorkda 17, Honkonqda 16, Londonda 14, Parisdə 10, Berlində 9, İstanbulda 7 taksi düşür.

Bakı şəhərində isə bir kvadrat kilometrə 28 taksi düşür. (Sfera.az)

Son xəbərlər

Britni Spirsə nə olub? - “İnstaqram” səhifəsini sildi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Dünyanın ən yüksək astronomik rəsədxanası açıldı: Tikintisi 26 il çəkib

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Bütün xəbərlər