BAKU Azərbaycan
°C

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yanında Ticarət Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, şirkət Qarabağ iqtisadi rayonunda fəaliyyətini inkişaf etdirməyi planlaşdırır.

“Azərbaycanda aprelin 25-də keçirilmiş Sahibkarlar Günündə “Birlik Deri” şirkətinə rezident statusunun verilməsi qərara alınıb”, - nümayəndəlikdən bildirilib.

Məlumatda qeyd olunub ki, Türkiyə şirkətinin sahibi Burhan Demirsesin Ticarət Nümayəndəliyində ilk görüşü 2023-cü il noyabrın 24-də baş tutub və o, şirkətin Qarabağın bərpasında iştirak etmək niyyətini açıqlayıb: “Birlik Deri”nin Ağdam Sənaye Parkında gələcək fəaliyyəti Qarabağ regionunun inkişafına, buraya qayıdan əhalinin məşğulluğuna və sosial-iqtisadi rifahının yaxşılaşmasına töhfə verəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sənaye parkının ərazisi 190 hektardır. Park rezidentlərinin ümumi investisiyaları 200 milyon manatdan çox qiymətləndirilir.

Son xəbərlər

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Rusiya XİN: "Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır"

Niderlandın Baş naziri COP29-a DƏVƏT EDİLDİ

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

"İslam Əməkdaşlıq Təşkilatı ilə birgə mübarizə aparacağıq" - Rusiya rəsmisi

Boğaz ağrılarını yaradan SƏBƏBLƏR - Bu maddələrdən uzaq durun!

Rusiya XİN: "Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub"

Türkiyədə kimlər çevriliş cəhdi edə bilər? – “Onlar hələ də tam zərərsizləşdirilməyib, mümkündür ki...”

Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI - RƏSMİ

Azərbaycan və Türkiyə şirkətləri Anlaşma Memorandumu İMZALANDI

İsrail hökuməti BMT-nin Fələstinlə bağlı qətnaməsini RƏDD ETDİ 

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Dünyanın ən uzunömürlü heyvanları - SİYAHI 

Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır

Bayden və Zelenski yaxın həftələrdə görüşə BİLƏRLƏR

Bütün xəbərlər