BAKU Azərbaycan
°C

"2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır. Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15,0 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455,0 milyon dollar təşkil edib".

Gundem.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

"Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb. Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fervral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, bu ilki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb”.

Deputat qeyd edib ki, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb.

“Neft hasilatı bu müddətdə 6.7 faiz azalıb. Azərbaycan ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi bu ümumi ticarət dövriyyəsi azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır. Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”. (Sfera.az)

Son xəbərlər

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Mesut Özildən əzəli rəqibinə MESAJ

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini imiş

Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü KEÇİRİLDİ

Bankların hərracda tələbi 100 milyon dolları ötdü – SƏBƏB

FTX direktoru: "Xarici agentlərin Rusiyada fəaliyyəti ciddi təhlükə yaradır"

Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs SAXLANILDI

Zelenski və Makron Xarkov istiqamətində vəziyyəti MÜZAKİRƏ ETDİ

Avropa Məhkəməsinin yeni sədri O OLDU

Türkmənistan qazı Türkiyəyə Azərbaycan vasitəsilə tədarük olunacaq - YENİLƏNDİ

Ermənistandakı etirazların arxasında hansı qüvvələr dayanır? - AÇIQLAMA

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək DAVAM EDƏCƏK

Ardı-arası kəsilməyən geomaqnit qasırğaları “Starlink”  peyklərini məhv etdi

Müsavat Partiyasının üzvü qətlə YETİRİLDİ - FOTO

Paşinyan: "Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb"

Bu hərəkətdən sonra qadının çənəsi çıxdı - MARAQLI HADİSƏ

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

Bütün xəbərlər