BAKU Azərbaycan
°C

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin mayın 2-dən faiz dərəcələrini növbəti dəfə endirib. AMB açıqlamasında faiz dərəcələrinin endirilməsinə əsas səbəb kimi inflyasiya səviyyəsinin minimuma enməsini göstərib.
Gundem.az bildirir ki, faizlərin endirilməsi AMB-nin sərt pul-kredit siyasətindən tədricən yumşaq pul-kredit siyasətinə keçidinin əlamətidir. Bir qayda olaraq ölkədə inflyasiya yüksələndə AMB faizləri artırır, inflyasiya sürəti azaldıqda isə faizləri endirir. 
Xatırladaq ki, ölkəmizdə 2021-ci ildən inflyasiya səviyyəsi yüksəlməyə başladığında AMB buna paralel olaraq faizləri də artırıb. 2020-ci ildə uçot dərəcəsi 6,25 faiz olduğu halda 2023-cü ildə 9 faizə çatdırılıb. 2023-cü ilin son aylarında ölkəmizdə illik inflyasiya azaldığından AMB uçot dərəcəsini 8 faizə, bu ilin mayın 2-dən isə 7,25 faizə endirib. 
Böyük ehtimalla AMB 2024-cü ildə uçot dərəcəsini bir qədər də endirəcək. Çünki son məlumata əsasən, illik inflyasiya 0,4 faizə düşüb, hətta ərzaq məhsullarında 1,6 faiz ucuzlaşma qeydə alınıb. 
İnflyasiyanın xarici fonu da əlverişlidir. Qlobal əmtəə qiymətlərində hələ də aşağı doğru meyl müşahidə olunur. Belə vəziyyətdə AMB-nin uçot dərəcəsini hələ bir müddət azaldacağını proqnozlaşdırmaq mümkündür. 
AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını iyunun 21-də verəcək və yəqin ki, həmin tarixdə də faiz dərəcəsi aşağı salınacaq.  (Sfera.az)

Son xəbərlər

Tayvan ətrafında GƏRGİNLİK ARTIR: "Çin liderinin əsas hədəfi..." - AÇIQLAMA

Prezident İran səfirliyində oldu - YENİLƏND

Milli Məclisin iclası BAŞA ÇATIB - YENİLƏNİB

"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

17 yaşlı reper özünü güllələdi - FOTO

Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə GÜNAHLANDIRDI

"Belə olan halda yük dövlətə düşür" -  Musa Qasımlı

Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

Deputatdan sosial şəbəkələrdəki təhlükə ilə bağlı TƏKLİF: "Dövlət nəzarət etməlidir"

İbrahim Rəisinin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edildi 

"Maşın alverçiləri təzyiq görürəm bəhanəsi ilə xaricə gedib oradan təhqirlər edirlər" - Deputat

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi KEÇİRİLİR

İran Prezidentinin qəzaya düşmə anı - ANBAAN VİDEO

Rumıniya prezidenti Zelenski ilə GÖRÜŞDÜ

Bu ölkələr Rəisiyə görə matəm ELAN ETDİ - SİYAHI

"Onlara ən ağır cəza verilməlidir" - Millət vəkili

İranın Azərbaycandakı səfirinin səlahiyyətlərini o İCRA EDƏCƏK

Sabah yağış yağacaq - PROQNOZ

"Bandotdel"dən Bakı və rayonlarda ƏMƏLİYYAT: Saxlanılanlar var - ADLAR

Suriya Prezidentinin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Bütün xəbərlər