BAKU Azərbaycan
°C

Moody’s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib.

Gundem.az xəbər verir ki, bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba2” səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi reytinqini (BCA) “Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “stabil” olaraq davam edir. Agentliyin hesabatında bildirilir ki, bu göstərici yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “Ba3” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba2” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2023-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 2% təşkil edib. Bankın 2023-cü ilin sonuna 13%-14% -lik TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını da gözləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər