Bred Pitt qızının soyadından imtina etmək qərarına reaksiya verdi
Bred Pitt 18 yaşlı qızı Şilonun atasının soyadından imtina etmək qərarına çox üzülüb.
Gundem.az bildirir ki, övladları ilə dava Pitti çox əsəbləşdirir. Şilo isə anasının soyadını götürdüyü artıq üçüncü övladıdır.
"O, Şilonun soyadından imtina etdiyini bilir və üzülür. Şilo doğularkən keçirdiyi sevinc və xoşbəxtlik hissini heç vaxt hiss etməyib. O, həmişə bir qız istəyirdi. Uşaqlarını itirdiyini görmək, əlbəttə ki, Bred üçün asan deyil. Uşaqlarını dünyalar qədər sevir. Bir atanın övladını görə bilməməsi və darıxmağı çox kədərlidir”-deyə aktyora yaxın mənbə bildirib.
Bildiyimiz kimi, aktyor indi İnes de Ramonla yeni münasibətində xoşbəxtdir. Ancaq övladları ilə gərgin münasibətləri ona əzab verir.
Bred bu yaxınlarda 18 yaşı tamam olan və bioloji qızı Şilo ilə yenidən əlaqə qurmağa ümid edirdi. Ancaq görünür, bu, hələ mümkün deyil.
Şilodan əlavə Bred Pitt və Ancelina Colinin Noks və Vivyen adlı əkizləri dünyaya gəlib. Keçmiş cütlüyün övladlığa götürülmüş uşaqları - Zahara, Pax və Maddox da hal-hazırda Colinin yanındadır.
Əvvəlcə Zahara atasının soyadından açıq şəkildə imtina etdi. Bundan sonra Vivyen anasının soyadını saxlamağa qərar verib. İndi Bred Pittin daha bir övladı aralarındakı ədavətə işarə edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay