BAKU Azərbaycan
°C

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətindəki problemlərdən açıq danışıb.

Gundem.az bildirir ki, hazırds sənətçi prodüser Benni Blanko ilə sevgilidir. Selena səhhətindəki problemlərə görə uşaq sahibi ola bilməsə də, surroqat anaya müraciət etməyə və ya uşaq övladlığa götürməyə hazır olduğunu deyib.
 

Selena öz övladlarını daşıya bilməyəcəyini bildirib. O, sağalmaz otoimmün xəstəlik haqqında 2013-cü ildə öyrənib. Daha sonra ona bədənin immun sisteminin sağlam toxuma hücumuna və iltihaba səbəb olan, daxili orqanlara zərər verə bilən lupus diaqnozu qoyulub. 2015-ci ildə aktrisa bu xroniki xəstəliyi müalicə etmək üçün kimyaterapiyadan keçib. 2017-ci ildə Qomezə böyrək köçürülüb. Ona həyati orqanı yaxın dostu, aktrisa Fransia Raisa bağışlayıb. Bundan əlavə, Qomez ciddi psixi sağlamlıq problemləri ilə də mübarizə aparır. Selena hesab edir ki, bir müddətdir yaşadığı bu çöküş və “dağılma” lupusun yan təsiridir.

Qomez indi psixi sağlamlıq problemləri ilə necə məşğul olacağını bilir. O, bədən temperaturunu müalicə mexanizmi kimi istifadə etməyi sevir. Müxtəlif vaxtlarda sakitləşdirici təsiri olması üçün soyuq su və ya termo qızdırıcılar tapır.

“Mən hər şeyə hazıram, hələ ki, lazım olan dərmanları qəbul edirəm"-deyə məşhur gülərək əlavə edib.

Selena, prodüser Benni Blanko ilə qasırğalı romantika şəraitində ailə həyatı və analıq mövzusunu nəzərdən keçirə bilməyib. Aktrisa təəssüflə etiraf edib:
"Mən bunu heç vaxt deməmişəm, amma təəssüf ki, özüm övlad dünyaya gətirə bilmərəm. Mənim həyatımı və uşağın həyatı üçün təhlükə yarada biləcək bir çox sağlamlıq problemlərim var. Bir müddətdir məni üzən bu mövzu barədə danışmaq məcburiyyətində qaldım".

Bununla belə, ulduz ümidini kəsmir və gələcəkdə surroqat analığa müraciət edəcəyini və ya uşaq övladlığa götürməyə qərar verəcəyini deyir.

"Mən özümü ona görə xoşbəxt hiss edirəm ki, surroqat analıq və ya övladlığa götürmək istəyən gözəl insanlar var. Bu, mənim üçün də gözəl fürsətdir. Mənim üçün analıq bir az fərqlidir. Günün sonunda onu qucağıma alıb, yatırdanda əhəmiyyəti yoxdur onu mən dünyaya gətirmişəm, ya başqası: əsas odur ki, mənimki olacaq, mənim balam olacaq" - deyə aktrisa bildirib.

Son xəbərlər

Marketdəki məhsulun zərərli olduğunu necə bilmək olar?

Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev İspaniya Kralını təbrik edib

Xərçəngdən qoruyur, immuniteti gücləndirir

2 nəfəri maşın vurub öldürdü

Xalq artisti ekstravaqant görünüşü ilə gündəm oldu

Azərbaycan nefti bahalaşıb

Arvadı ilə dalaşdı - özünü də bıçaqladı

Roma Papası Zelenskini qəbul etdi - FOTO

"Ərəbistanın 7 şəhəri məni PULLA ALIB" - VİDEO

961-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Reynmen bu gün evlənir - QIZ KİMDİR?

Kobaxidzeni aradan götürməyə hazırlaşırlar

İcra başçısının keçmiş müavininə cinayət işi başlandı - FOTO

Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi

Ən xəsis 4 bürc - Pulu özündən də gizlədirlər

Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ

Pavel Durovla bağlı oyun istifadəyə verildi - FOTO

Türkiyə limanları 30 milyon tondan çox yük qəbul edib

Xudatda ağır qəza: 2 ölü, 1 yaralı

Bütün xəbərlər