BAKU Azərbaycan
°C

"Linkin Park"ın mərhum solisti Çester Benninqtonun oğlu, 28 yaşlı Ceymi Benninqton qrupun həmtəsisçisi Mayk Şinodanı atasına əvəzləyici tapdığına görə tənqid edib. 38 yaşlı Emili Armstronqun qrupun siması olması gəncin xoşuna gəlməyib. O, bu barədə İnstaqram hekayələrində məlumat verib.

Gundem.az bildirir ki, Ceymi Benninqton qrup üzvlərinin atasının həyatını və irsini sakitcə sildiyini deyib.

Xüsusən də, Ceymi yeni solistin “Scientology” sektası ilə əlaqəsi olmasını, eləcə də keçmişdə zorlamada təqsirli bilinərək ən azı 30 il həbs cəzasına məhkum edilmiş aktyor Denni Mastersonu dəstəkləməsini həqiqətən bəyənmir.

O, həmçinin əlavə edib ki, Şinoda qrupa yeni bir insan təqdim etmək üçün çox pis vaxt seçib. Sentyabr İntiharın Qarşısının Alınması Ayıdır və onun atası çox qalmaqallı şəkildə intihar etmişdir.

Ceymi hesab edir ki, Mayk və qrupun digər üzvləri real vaxtda sakitcə atasının həyatını və irsini siliblər. O, iddia edir ki, özü də daxil olmaqla, onilliklər boyu pərəstişkarlarının qrupa göstərdiyi etimada xəyanət ediblər.

Bir vaxtlar “Dead Sara” qrupunda çıxış edən Armstronq isə bazar günü “Instagram Stories”də Mastersonun məhkəmə iclaslarından birində iştirak edərək onu dəstəkləməsinin səhv addım olduğunu bildirib.

"Mən həmişə insanların yaxşı tərəflərini görməyə çalışıram və onu əməlini kiçik cinayət hesab edirdim. O vaxtdan bəri onunla heç vaxt danışmamışam. Sonradan günahkar bilinəndən sonra ağlasığmaz detallar üzə çıxdı. Bunu mümkün qədər aydınlaşdırmaq üçün izah verirəm: zorakılığı qəbul etmirəm, qadınlara qarşı zorakılıq etmək və bu cinayətlərin qurbanlarına rəğbət bəsləmək ağılsızlıqdır”- deyə Emili Armstronq yazıb.
Daha sonra Emili Armstronq Denni Mastersonu dəstəklədiyi üçün üzr istəyib.
Xatırladaq ki, sentyabrın 5-də “Linkin Park” ilk konsertini verib. Qrup həmçinin gələcək albomu “Zero”da yer alacaq “The Emptiness Machine” adlı treki təqdim edib. Albomun buraxılışı noyabrın 15-nə planlaşdırılıb.

“Linkin Park” 2000-ci illərin əvvəllərində “One Step Closer”, “In the End” və “Crawling” kimi hitləri ilə böyük kommersiya uğuru əldə edib. Sonuncular qrupa 2002-ci ildə Ən Yaxşı Hard Rok Performansı üçün “Qremmi” mükafatı qazandırıb. Qrup 2006-cı ildə Jay-Z ilə əməkdaşlıq etdiyi üçün Ən Yaxşı Rep/Mahnı Performansında daha bir “Qremmi” qazanıb.  (Sfera.az)

 

PAYLAŞ

Son xəbərlər

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI

Qadın avtobus sürücüləri nə qədər maaş alacaq? – Rəsmi AÇIQLAMA

Əfsanələr yenidən üz-üzə gələ bilər - Ronaldo üçün gözlənilməz təklif

Onlar dünyanı fəth edəcək: Mask robotlarına görün nə öyrədir

Macarıstandan nə gözləyək?

Putinin sayılı günləri qalıb... - Qrem

Avropa öz ayağına güllə sıxdı – Peskov

"Daş qəlbli" görünüb "pambıq" kimi ürəyə sahib olan iki bürc

Bütün xəbərlər