"Tək arzum xanımımla birlikdə ölməkdir"
"Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bir arzum var, o da həyat yoldaşımla bu dünyadan birlikdə köçək. O da Allahın bilən məsləhətdir".
Gundem.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "7 tamam" verilişində deyib. İfaçı həyat yoldaşından danışıb:
"Sevgidən danışmaq yaşıma yaraşmaz. Amma bizim aramızda həmin hörmət hələ də var. Yenə dünyaya gəlsəm, yenə onunla ailə qurardım. Çətin adamam, hər qadının işi deyil məni yola versin. O, ailə quranda anam dedi ki, arvad olmaq istəyirsənsə, onunla ayaqlaş. Mənimlə hamı yola getməz, ancaq o getdi. Ona təşəkkür edirəm ki, övladlarıma gözəl ana oldu. Bu gün baxıb deyirəm ki, ilahi, məndən xoşbəxt ata var? Övladlarıma 1 həftə də zəng etməsəm, rahatam. Vaxt var idi onları mənə görə tanıyırdılar. Amma indi deyirlər, Elçinin atasıdır".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay