BAKU Azərbaycan
°C

Atasını tamah məqsədi ilə öldürmək istəyən oğulun növbəti məhkəmə prosesi keçirilib.

Gundem.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində 3 nəfər - Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar oğlu təqsirləndirilən şəxs, 2 nəfər - Fərəcov Xələf Gülmalı oğlu və Sadıqov Zamiq Elxan oğlu isə zərərçəkən şəxs qismində tanınıb.

İlk olaraq zərərçəkmiş şəxs Xələf Fərəcov ifadə verib:

"Dövlət qulluğunda baş mexanik işləmişəm. Oğlumla bölüşəsi bir işimiz olmayıb. Yoldaşım 2021-ci ilin sentyabr ayında rəhmətə getdi. Mən hazırda toxumçuluqla məşğul oluram. Mənim oğlum deyir guya mən anasının sağlığında onun müalicəsi üçün pul verməmişəm, amma yalandır. Qadınlarla sonralar münasibətim olub. Mən burada gəlib bilmişəm ki, oğlumdan başqa məni bu insanlar da öldürmək istəyib. Mənim heç kimdən şikayətim yoxdur".

Təqsirləndirilən şəxs Fəqan Fərəcovun sözlərinə görə, birinci özünə qəsd etmək istəyib: "Atama cəza vermək istəmişəm, neynəyim, mənim başım da ora qədər işləyir. Anamla qardaşım öləndən sonra depressiyaya düşmüşdüm. Öldürmək istəsəydim, avtoqəzaya salıb öldürərdim. Rayonda başqa-başqa adamlar deyirdilər ki, atan qadınlarla gəzir. Mən də çox düşündüm, dedim cəzalandırım. İşə görə bu uşaqlara pul verdim"

Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salınıb.

Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişlidə yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, onun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə rayona getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri cinayəti başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.  /Lent.az

Son xəbərlər

Mətanət İsgəndərlinin keçmiş gəlini "Sənətiniz yoxdur!" deyən aparıcıya cavab verdi

Azərbaycan icmasının üzvü ABŞ-da sertifikatlarla təltif olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Şahbaz Şərif 3 günlük Azərbaycana gəlir

İlyas İsmayılov vəsiyyət etdiyi yerdə dəfn olunacaq

Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi- 13 il sonra

Tom Kruz məşhur aktrisa ilə eşq yaşayır? -FOTO

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühümmüttəfiqi adlandırdı

Sabah bu ərazidə qaz olmayacaq

Türkiyədə universitetdə silahlı incident - Yaralılar var

Piyada keçidində məktəblini vurub öldürən “Bakubus” sürücüsü - Həbs edildi

Afət Telmanqızına qarşı dələduzluq edildi

AFFA-dan bu kluba xəbərdarlıq

FHN helikopteri ilə vəhşi heyvanların peyvəndləməsi aparıldı - VİDEO

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Bu bürclər tezliklə çətinliklərlə üzləşəcəklər -XƏBƏRDARLIQ

Daşkəsəndə 2 nəfər "Zil"in altında qaldı

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Bu il yeni doğulan uşaqlara ən çox verilən adlar - SİYAHI

Bütün xəbərlər