BAKU Azərbaycan
°C

Müğənni Nura Suri Bakı bulvarı ərazisində samokat icarəyə verən “WingZ” şirkətindən şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.

Suri iddia edir ki, şirkətin əməkdaşları enerjisi çox olan samokatları qəsdən aktiv saxlayır ki, heç kim götürə bilməsin, enerjisi az olanları isə sakinlərə təklif edir.

“WingZ şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (oğlu-red.) bulvarda götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə paylaşmaq qərarına gəldim”, - müğənni sosial şəbəkə səhifəsində yazıb.

Məsələ ilə bağlı “WingZ” şirkəti ilə əlaqə saxladıq. Rəhbərlikdən saytımıza bildirdilər ki, deyilənlər həqiqəti əks etdirmir: “Anlaşılmazlıq olub. Əvvəlcə onu qeyd edim ki, samokatın enerjisi 50%-dən aşağıdırsa, müştəri onu götürə bilmir. Digər aktiv samokatı isə əməkdaşımız götürüb ki, gedib digər enerjisi bitmiş samokatlar üçün batareya gətirsin. Nura Suri problemi düzgün ifadə etməyib”.

 

Son xəbərlər

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Mübariz Qurbanlıya AĞIR İTKİ

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Bütün xəbərlər