
24.12.2021 / 22:02
445
“Evdə tək”in aktyoru həbs edildi
Məşhur “Evdə tək” filmində "Bazz Makkalister" obrazını canlandıran aktyor Devin Retrey həbs edilib.
Gundem.az Unikal.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktyorun sevgilisinə otel nömrəsində şiddət göstərməsi olub.
İddiaya görə, Devin onu çarpayıya itələdikdən sonra yumruqlayıb və boğmağa çalışarkən "Sən belə öləcəksən" deyib.
Sevgilisinin şikayətindən sonra aktyor həbs edilsə də, o, ittihamları qəbul etməyib.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay