BAKU Azərbaycan
°C

Aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva vəfat edib.

Bu barədə AKİ-dən bildirilib.

Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. Kitabxanalarda, teatrlarda dünyagörüşünü zənginləşdirib ki, bütün bunlar da sonralar ona pedaqoji fəaliyyətində çox kömək edib.

1970-ci illər Azərbaycan kinosunun ən qaynar dövrünə təsadüf edir. O vaxta qədər artıq kinomuz yetərincə öz sözünü demiş, önəmli sənət nümunələri yaratmış və kino üçün yetişdirilən aktyor nəsli artıq filmdən-filmə inkişaf mərhələsinə qədəm qoymuşdular. Artıq kino üçün yeni nəsil aktyorların yetişdiriləməsinə ehtiyac var idi. Bu da o deməkdir ki, kinoda tanınmış, qəhrəman obrazlarında gördüyümüz aktyorlar həmin rolların estafetini yeni nəsil gəncliyə ötürməli idi. Məhz həmin ərəfədə bir qrup gənc Moskvada tənsil aldı, böyük təcrübə keçdi və Azərbaycan kinosuna üz tutdu. Onlardan biri də aktrisa Fərqanə Quliyeva idi.

F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.

“Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından aktrisa Fərqanə Quliyevanın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - məlumatda deyilir.

Son xəbərlər

İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Göyçayda 88 nəfər cəzalandırıldı

Məşhur hücumçu karyerasını bərpa etdi: Qəlyan çəkmək qadağası

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

İlham Əliyev Füzulidən Berlinə getdi - TARİXİ UÇUŞ

Millət vəkilinə ağır itki

Elmira Süleymanovanın əziz xatirəsinə - VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq müzakirə edildi FOTO

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olundu

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Sahir Rüstəmov vəzifəsindən azad edildi

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

Bütün xəbərlər