
26.12.2021 / 12:33
1000
Məşhur serialın çəkilişi DAYANDIRILDI – Baş roldakı aktrisaya görə
Kanal D-nin yüksək reytinqli serialı “Yargı”nın çəkilişlərinə iki həftəlik fasilə verilib.
Gundem.az xəbər verir ki, buna səbəb “Ceylin” xarakterini canlandıran baş rol oyunçusu Pınar Denizin koronavirusa yoluxmasıdır.
Səhhəti ilə bağlı açıqlama verən aktrisa hazırda yaxşı olduğunu bildirib, izləyicilərinə xəstəlikdən qorunmaq üçün diqqətli olmağı tövsiyə edib.
Qeyd edək ki, Pınarın sevgilisi Yiğit Dənizdə də “COVID- 19” aşkarlanıb. Cütlük müalicələrini ev şəraitində davam etdirir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay