BAKU Azərbaycan
°C

“Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olunduqdan sonra 10 gün ərzində ödənərsə, 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra isə, hər ötən gün üçün cərimənin 1 faiz məbləğində dəbbə pulu gəlir”.

Gundem.az xəbər verir ki, bunu Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtləri ilə bağlı danışarkən bildirib.

O qeyd edib ki, ikinci ayın tamamında avtomobilin saxlanılması üçün bu sistem avtomatik olaraq qərar qəbul edir:

“Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürücülük hüququnun məhdudlaşdırıması ilə bağlı qərar qəbul edilə bilər. Sürücünün “pulum yoxdur” kimi ifadələrin işlətməsi ona hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün tutarlı arqument deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək lazımdır. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir”.

Araz Əsgərli yol polisi əməkdaşlarının müğənni Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı, onu öz avtomobillərində ATV kanalında gedən “Günün Sədası” proqramına şəxsən apardıqlarını da diqqətə çatdırıb:

“Sənətçinin çəkilişə gecikməsi nəzərə alınıb və DYP əməkdaşları sənətçinin yüklərinə qədər ona zəruri köməkliyi göstəriblər. Təəsüf ki, müğənninin yol hərəkəti qaydalarının pozulmasına görə, ödənilməmiş müəyyən məbləğdə cərimələri də var”.

Qeyd edək ki, müğənninin 2 000 manata yaxın ödənilməmiş borcu olduğuna dair məlumatlar da paylaşılır.

Son xəbərlər

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verdi

“Böyrək problemim var, donor tapılsa...” - VİDEO

Zaqatalada zəhərlənənlərin VƏZİYYƏTİ NECƏDİR? - VİDEO

Goranboyda usta yıxılaraq öldü

Rişi Sunak: Britaniya İsrailin yanındadır

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Tiflisdə etirazçılar parlamenti mühasirəyə almağa çalışır

Azərbaycanda bu matçla bağlı araşdırma aparılır - VİDEO

Laçın hava limanından son görüntülər

Gəncə sakini itkin düşdü

İranın 9 raketi İsrailin iki bazasını vurub

İbtidai siniflər üçün 5 günlük tətil olacaq

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth etdi - FOTO

İşsizlərin NƏZƏRİNƏ - Sabah CV ilə birlikdə...

Bu ölkə Türkiyə vətəndaşlarına viza rejimi tətbiq etdi

Ölkədə hava nəqliyyatı ilə nə qədər sərnişin daşınıb?

Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI

38 illik dünya rekordunu yenilədi

Rəisi Pakistana gedir

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşdü

Bütün xəbərlər