BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib. Tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb.

Aktyor Musavat.com-a açıqlamasında onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında danışıb. O, adıçəkilən şirkətin rəhbəri Cəfər Axundzadəni psixi problemləri olan, narkotik istifadəçisi adlandırıb:

“Hazırda çəkilişlərdəyəm və bununla bağlı xəbəri sizin kimi mətbuatdan öyrənmişəm. Bildirim ki, “Cinemazadeh” şirkəti ilə 3 il əvvəl bizim aramızda bir film ilə bağlı müqaviləmiz olub. Onlar mənə avans ödəyib, daha sonra filmi 3 ay, 5 ay, bir il sonra çəkəcəklərini dedilər. İndi isə gəlib məndən həmin avansı istəyirlər ki, bu da çox absurd məsələdir. “Cinemzadeh” şirkəti əvvəl yaxşı idi, indi isə özünü tamamilə rüsvay etmiş şirkətdir. Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir, hansıki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normal adam kimi qəbul etmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır. Ümumiyyətlə, baxın görün “Cinemzadeh” şirkətinin çəkdiyi son işlərdən kim razıdır? Aktyordan tutmuş, qrim edənə qədər hamının pulunu kəsirlər. Şirkətin işçiləri böyük “yeyinti” ediblər. Şirkətin rəhbəri 2-3 milyon manat pul yeyib. İndi isə çalışırlar ki, müxtəlif yollarla hansısa aktyoru və yaxud kimisə məhkəməyə verib, pul əldə etsinlər”.

M. Şahverdiyev məhkəməyə verilməsinin əhəmiyyətsiz bir iş olduğunu deyib: “Mən buna əhəmiyyətli baxmıram. Məhkəmə olacaqsa, gedib iştirak edəcəm. Amma bir daha qeyd edirəm ki, həmin şəxsləri normal insanlar hesab etmirəm. Bir mesaj göstərsinlər ki, film çəkilməyə başlayıb və mən gəlməkdən imtina etmişəm, gəlməmişəm. Yəni bu, çox mənasız, dəxlisiz söhbətdir. Əslində, əvvəldən mən şirkəti məhkəməyə verməliydim, gecikmişəm. Məhkəməyə verməli idim ki, avansı verdikdən sonra mənə bildirilib ki, həmin sezonda başqa filmə çəkilməməliyəm. Həmin yayda  mən başqa işlərimdən oldum. Daha sonra dedilər ki, film qışda çəkiləcək. Sonra isə digər yayda çəkiləcəyi deyildi. Beləliklə, 3 il keçdi və bu müddət ərzində mənim xeyli itirdiklərim olub. Buna görə, gərək mən onları məhkəməyə verib, təzminat tələb edim”.

Qeyd edək ki, M. Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər