BAKU Azərbaycan
°C

"Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycan təhlükəsi ilə üz-üzə gəlməmək üçün Qarabağ məsələsindən əlini çəkib".

Gundem.az  xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.

"Ermənistan hakimiyyəti kənara çəkilib, yalnız Qarabağa (separatçı rejimə-red.) Azərbaycanla dialoqa dair qeyri-müəyyən çağırışlar edir. Paşinyanın son mətbuat konfransından bu aydın oldu", - nəşr qeyd edir.

Məqalədə vurğulanır ki, Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə dəstəyi humanitar yardımdan o yana keçmir:

"Paşinyan onu da bəyan edib ki, Qarabağ erməniləri öz, Ermənistan xalqı da öz problemləri ilə məşğul olmalıdır. Belə bir mövqe Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəyə də öz əksini tapır. Ermənistanda insanların böyük hissəsi Qarabağda baş verənlərə etinasız yanaşır, Qarabağ ermənilərini ələ salırlar, hətta mövcud duruma görə sevinirlər".

Qəzet Paşinyanın separatçı rejimə Azərbaycana yeni hərbi eskalasiyaya başlamağa əsas yaradan açıqlamalar verməmək barədə çağırışına da toxunub:

"Paşinyan hökumətin iclasında dedi ki, belə açıqlamalar prosesi dalana aparır və heç kim aparılan konstruktiv danışıqları (Azərbaycanla) pozmamalıdır.

Paşinyanın açıqlamasından aydın olur ki, Ermənistan "Qarabağın öz müqəddəratını təyinetmə mövzusu"nu qaldırmayacaq. Digər tərəfdən, Paşinyanın mətbuat konfransında Rusiya sülhməramlılarına qarşı konkret ittihamlar səsləndirməsi, onların öhdəliklərini yerinə yetirə bilməmələrini dilə gətirməsi faktı da diqqət çəkir".

Teleqraf.com

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər