BAKU Azərbaycan
°C

Bu gün Azərbaycan şou-biznesinin həm Ayı, həm Günəşi olan Xalq artisti Aygün Kazımovanın doğum günüdür. Bəlkə də yeganə şou əhlidir ki, Aygün xanımın ad gününü hamı bilir və bu günü fanatları maraqla gözləyirlər. Çünki, o sürpriz etməyi xoşlayır. Yəqin ki, bu ad günü də sürprizsiz keçməyəcək.

Aygün Kazımova bir də o sənətkarlardandır ki, hər zaman qarşı tərəfə səmimi olub. O hər zaman göründüyü kimi yox, olduğu kimi görünüb. Bəlkə də ona görədir ki, onun həyat hekayələrin çoxlarımız yaxından bilirik.

Gundem.az xəbər verir ki, bizim.media bu əziz gündə Aygün xanımın həyatında rolu olan 10 kişidən qısa söhbət açıb. Bu kişilərin heç də hamısı Aygün xanımın sevgilisi olmayıb. Onların çoxu Xalq artistinin tərəf müqabili, yaradıcılıq yoldaşı və ən nəhayət fanatı olub.

Bəs, o bəxtəvər kişilər kimlərdir?

1. Görkəmli bəstəkar Cavanşir Quliyev. Aygünü gənc yaşında kəşf edib bu xalqa təqdim edən məhz Cavanşir Quliyev olub. Təsadüfi deyil ki, Cavanşir müəllim deyir ki, "Aygün mənim ən gözəl əsərimdir".

2. İlqar İbrahimov. Aygün xanımın rəsmi nigahda olduğu ilk və son kişi. Onların bu izdivacdan İlqarə adlı qızları dünyaya gəlib.

3. Rza Quliyev. Bu adam həm də Rəsil Quliyevin qardaşı oğlu kimi də tanınıb. 90-cı illərin sonlarında Aygün Kazımaova ilə Rzanın sevgisindən hər kəs danışırdı.

4. Namiq Qaraçuxurlu. Aygün xanım deyir ki, hamı bilir ki, Namiqlə böyük sevgimiz olub. Hamıdan üzr istəyirəm. Yeddi il bir yastığa baş qoymuşuq.

5. Filip Kirkorov. Rusiyanın Xalq artistinin bir vaxtlar Aygün Kazımova ilə çox isti münasibətləri olub. Onlar hətta duet oxuyublar.

6. Valentin Yudaşkin. Dünya şöhrətli modelyer bir zamanlar Aygün xanımın qarderobunu bəzəyən əsas sima olub. Uzun illər Xalq artistini Yudaşkin bəzəyib.

7. Fərhad Əliyev. Keçmiş Energetika naziri Natiq Əliyevin oğlu olan Fərhadla Aygünün çox yaxın münasibəti olub. Xalq artisti bu münasibətin Fərhadın ikinci evliliyinə qədər davam etdiyini söyləyib.

8. Snup Doq. Dünya şöhrətli repçi Snup Doqla olan layihəsindən ötrü Aygün xanım bıçaq altına girib. Müsahibələrinin birində Xalq artisti belə deyir: "Hər plastik əməliyyat mənim üçün böyük təhlükə, riskdir. Keçirdiyim plastik əməliyyatların sayını itirmişəm. Döşlərimi əvvəlcə böyütdüm, sonra da kiçiltdim. Burnumda da əməliyyat etdirmişəm. Vaxtilə həndbolla məşğul idim. Oyun zamanı dəfələrlə burnumu topun zərbəsi ilə zədələmişdim. Bundan başqa, liposaksiya əməliyyatı da keçirmişəm".

9. Rasim Məmmədov. Hazırda həbsdə olan iş adamı ən son dəfə Xalq artistinə Bakının mərkəzində bahalı mənzil bağışlaması ilə gündəmə gəlmişdi.

10. Rəsul Əfəndiyev. Xalq artisti Aygün Kazımovanın ən son duet ortağı olan müğənni Rəsul Əfəndiyev bu işbirliyi hesabına çox qısa zamanda populyarlıq qazandı.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər