BAKU Azərbaycan
°C

Müğənni Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilovun həbsi müzakirələrə səbəb olub. 

Rəqsanənin qızı Aysun İsmayılovadan ayrılandan sonra “kölgəyə” çəkilən keçmiş kürəkənin qəfildən mətbuatda görünməsi və ardınca da həbs edilməsi  birmənalı qarşılanmayıb. 

Gundem.az xatırladır ki, Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşanıblar. Ötən müddət ərzində tərəflər uğursuz nikahları barədə danışmaqdan yayınıblar.

Yalnız aradan 20 gün keçəndən sonra – mayın 23-də Eşqin Aysunla yollarını ayırmasının səbəblərini açıqladı. O, keçmiş həyat yoldaşının bu izdivaca ciddi yanaşmadığını vurğuladı. Eşqinin bu sözləri cavabsız qalmadı, amma ona keçmiş xanımı deyil, eks qayınanası cavab verdi. Rəqsanə İsmayılova sabiq kürəkəninin qızına qarşı kobud davrandığını, onu söydüyünü, hətta döydüyünü iddia etdi.

Eşqin Cəlilovun həbsi ilə tərəflər arasındakı “söz davası”nın əlaqəsi varmı?

Qeyd edək ki, Eşqinin həbs xəbəri sosial şəbəkələrdə “bomba effekti” doğurdu. Qısa müddət ərzində yüzlərlə insan hadisəyə münasibət bildirdi. Onların iddiasına görə, Cəlilovun həbsində müğənni Rəqsanənin şəxsi nüfuzunun və əlaqələrinin danılmaz rolu var.

Eşqin Cəlilovun dostlarından biri “Yeni Sabah”a özəl açıqlamalar verib. Qeyd edib ki, sabiq kürəkənə qarşı məhkəmə qətnaməsində əksini tapmış iddia reallığı əks etdirir. Onun sözlərinə görə, Eşqin həqiqətən Aysunun sahibi olduğu gözəllik salonuna gedib. Amma bunda məqsədi keçmiş xanımını döymək deyil, anasının məlum açıqlamalarına görə ondan izahat tələb etmək olub. Lakin tərəflər əvvəl mübahisə, sonra isə dava ediblər. Bundan sonra Eşqin əsəblərini cilovlaya bilməyərək Aysun İsmayılovaya əl qaldırıb.

Dostunun sözlərinə görə, mübahisədən sonra Aysun İsmayılova keçmiş ərini polisə verməyi düşünməyib, amma anasının israrından sonra rəsmi qaydada ərizə yazmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, müğənni Aysun İsmayılovanın toyu ötən il, iyun ayında olub. Eşqin Cəlilovla ailə quran Aysun toyu dənizkənarı restoranların birində keçirmişdi. Bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyi idi. Belə ki, Eşqin Aysundan öncə rus xanımla ailəli olub, ondan bir qız övladı var.

Son xəbərlər

Satıcının fəndi oğruları peşman etdi - VİDEO

Qlobal istiləşmə güclənir: Riskli olan ölkələr bunlardır

Zəncirvari qəza: 2 ölü, 20 yaralı

Taksi fəaliyyəti ilə bağlı QAYDA

Röya dünya çempionatının açılışında - VİDEO

Dünya çempionatının ilk qalibləri bəlli olub

Gecələr ayaq altı yanırsa - Səbəbi

“Barbie” Aygün Kazımova... - FOTO

Simsiz qulaqlıqların TƏHLÜKƏSİ: Yanır və partlayır

Biləsuvarda yeni qurum yaradıldı: ərazi zibillərdən təmizlənir

Şolts Ərdoğanı Almaniyaya səfərə dəvət etdi

Türkiyədəki seçkilərin yekun nəticələri bu tarixdə elan ediləcək

Cibində 7 qumbara ilə gəzən şəxs SAXLANILDI

Putin və Ərdoğan telefonla danışdı

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi

Qayıq batdı - 50 nəfər itkin düşdü

Laçının möhtəşəm gecə görüntüsü - VİDEO

Tovuzda avtomobil yandı - Xəsarət alan var

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Ronaldo yenidən milliyə dəvət aldı

Bütün xəbərlər