BAKU Azərbaycan
°C

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı “Space TV”dən çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Məsələ ilə bağlı Rövşanə Ağasəfqızı ilə əlaqə saxladıq. Teleaparıcı heç bir səbəb göstərmədən televiziya rəybərliyinin onun müqaviləsinə xitam verdiyini bildirdi: “Əslində bu, mənim üçün də gözlənilməz oldu. Vado müəllim gələndən təxminən kanalda 80 faizə qədər işçi heyətində dəyişiklik olub. O işçilər indi yaxşı işlərdə işləyirlər. Amma mənimlə heç bir problemləri olmamışdı. Normal efirimizə çıxırdıq.

Vado Korovinin kürəkəni bizə yeni gəlib və icraçı direktor təyin olunub. Bu gün mənim məzuniyyətim bitirdi və artıq işdə olmalı idim. Lakin heç bir səbəb göstərilmədən, mən məzuniyyətdə olduğum halda, ötən gün zəng edərək bildirdi ki, artıq müqaviləmə xitam verilib. Bütün yay boyu verlişlərim təkrar efirdə gedib. Öncədən mənə heç bir xəbərdarlıq olunmayıb. İlin-günün bu vaxtı, televiziyaların yeni mövsümə başladığı zaman bunun mənə deyilməsi hesab edirəm ki, həm qeyri-peşəkarlıq, həm də insani münasibətdən uzaq bir şeydir. Başqa heç nə deyə bilmərəm. Bunu mənə may ayında desəydilər, gedib özümə iş axtarardım. Baş redaktorla da əlaqə saxladım, o da mənə bildirdi ki, heç nədən xəbəri yoxdur”.

Qeyd edək ki, "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin fevral ayında "Space" TV-nin baş direktoru təyin edilib. 

Xatırladaq ki, iki ay əvvəl digər tanınmış teleaparıcı Zamirə Dadaşova da “Space” TV-dən çıxarılmışdı. O, həmin vaxt bunu Vado Korovinin qohumlarını kanala yığaraq qanunsuzluq etməsi ilə əlaqələndirmişdi. 

Son xəbərlər

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Qidanı xərçəngə çevirən əsas səhv açıqlandı

Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Bütün xəbərlər