BAKU Azərbaycan
°C

Müğənni Təranə Qumralın qızı Fidan efirdə çıxıb.  

Gundem.az bizim.media-ya istinadən xəbər verir ki, "Günaydın, Azərbaycan!" verilişində qonaq olan sənətçinin qızı ailəsindən söz açıb. 

Fidan bildirib ki, bacısı Sevgimi dərsə apararkən həyat yoldaşı ilə məktəbdə tanış olub: 

"Bacım Sevgimi birinci sinifə məktəbə aparırdım. Hazırda Sevgim 11-ci sinifdə oxuyur. Həyat yoldaşım bacımın təhsil aldığı məktəbdə müəllim işləyir. Biz bir-birimizi elə məktəbdə görmüşük. Tanış olduq, sevdik, türklərin bir sözü var "yıldırım aşkı" oldu. Artıq 10 ildir ki, ailəliyəm.

 

Müğənninin qızı vurğulayıb ki, qayınanası onun "sağ əlidir": 

 

"Mən qayınanam, qayınatam və baldızlarımla bir evdə yaşayıram.Mənim üçün həyat yoldaşımın valideynləri ilə yaşamaq çox gözəldir. Başqaları haqda isə bunu deyə bilmərəm. 

Qayınanam mənim sağ əlimdir. Mən qayınanamla rəfiqəyəm. Həyat yoldaşım Bakının Buzovna kəndindəndir. Yenicə həyat yoldaşımın evinə gəlin gələndə mətbəxə girirdim ki, nəsə bişirim o anda qayınanam gəlib söyləyirdi ki, mən hələ qocalmamışam ki, sən bura girəsən. 

Qayınanamdan çox razıyam. Təki bütün qayınanalar belə mehriban olsun. Bütün ailələrdə söz-söhbət olur. Birdə görürsən ki, həyat yoldaşımla sözümüz çəp düşən kimi, qayınanam az qalır ki, həyat yoldaşımı, yəni oğlunu "öldürsün". 

Fidanın bu tərif dolu sözlərinə isə qayınanası belə cavab verib: 

"Fidanın üzü-gözü necə gözəldirsə, daxili də gözəldir. Oğlum Fidanı görüb, sevib. Özləri bir-birinə sevib ailə qurublar. Fidan mənə gəlinim yox, qızım qədər yaxındır. Fidanla ana-bala kimiyik". 

Bu sözlərdən sonra Fidanın qaynanası kövrələrək, göz yaşı axıdıb. 

Qeyd edək ki, Təranə Qumralın qızı Fidanın həyat yoldaşı Mirhüseyn tarzəndir. Fidanın Mircavid və MirRaul adında iki oğlan övladı var.

Son xəbərlər

Ermənilərin törətdiyi Sumqayıt hadisələri təxribatından 36 il ötür

Günün qoroskopu: Təmaslarla əlaqələrdə səlis, diqqətli olun

Qvardiola “Qarabağ”ın rəqibinin baş məşqçisi barədə: “Fantastik işlər görür”

Dünyanın ən bahalı TOYLARI

Bakıda avtomobil marketin şüşəsinə çırpıldı

Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası danışdı - VİDEO

"Türkan incəsənətin FACİƏSİDİR" - Əməkdar artistə görün nə dedi

Ebru Gündeşin toyundan VİDEO

“Liverpul” tarixində üçüncü baş məşqçidir

Avtomobilinizin təkərlərinin altına plastik torba qoyun – SƏBƏB

Paşinyana bu ölkədə qızıl medal verdilər

İmişlidə qanunsuz ov edən şəxs saxlanıldı

Dünyanın ən bahalı kokteylləri – Təəccüblənəcəksiniz

“Mənə dedi ki, sosial şəbəkələrdə şəkil üçün oynayıram”

Mehriban: "”Kasıb, valideynləri nitq qüsurludur” deyib, qonşu qoymadı məni alsınlar" - VİDEO

Lüks avtomobilin üstündə silahla poza verdi, evində manat tapıldı - VİDEO

Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq

Məşhur aktrisa dünyasını dəyişdi

Maqnit qasırğaları kimlərə təsir edir?

Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva

Bütün xəbərlər