BAKU Azərbaycan
°C

ŞOU-BİZNES

Aparıcıya əsəbiləşən gitara ifaçısı Rəhman dalaşıb, efiri tərk etdi – VİDEO

5 Dekabr 2023 23:45

Baxış: 232

  • Share on WhatsApp
  • Share on Telegram
  • Share on Facebook
  • Share on Twitter
  • Print

#ŞOU-BİZNES#VİDEO#APARICI

Gitara ifaçısı Rəhman Məmmədli aparıcı Zaur Nəbioğluna efirdə əsəbiləşərək, studiyanı tərk edib.

Gundem.az bizim.media-ya istinadən xəbər verir ki, buna səbəb "Rəngarəng səhər" proqramının aparıcısı Zaurun Rəhmana söylədiyi ""Mən, (Rəhman Məmmədlini nəzərdə tutur -red.) rəhmətlik gitara ifaçısı Rəmiş gitarası ilə belə hansısa xarici ölkədə hörmət görməyib" demək məncə düzgün deyil" sözləri olub. 

Həmin an Rəhman qarşı tərəfə qəzəblənərək bu fikirlərin ona yox, Zaurun özünə aid olduğunu bildirib və daha sonra bu sözləri dilə gətirib: 

"Bu sözləri sən deyirsən. Zaur, mənə yanlış suallar vermə. Mən səndən yaşca çox böyüyəm və nə danışdığımı da çox gözəl bilirəm. "Rəmiş gitarası ilə xarici ölkədə hörmət görməyib" sözlərini mən nə zaman söyləmişəm? Arxivi çıxar, göstər! Siz aparıcılar qalmaqalı bax, belə yaradırsınız. Nə zaman demişəm ki, Rəmiş bu hörməti görməyib?" 

Z.Nəbioğlu isə R.Məmmədliyə cavab olaraq "Demisiniz ki, Azərbaycan gitarası bu qədər hörmət görməyib" sözlərini ifadə edib. 

Gitara ifaçısı "Mən demişəm ki, Azərbaycan gitarasına bu qədər hörmət olunmamışdı. Rəmiş adını niyə yapışdırırsan sözlərimə?" deməsinə aparıcı "Çünki, Rəmiş Azərbaycanda gitaranın banisidir" deyib. 

Bundan sonra Rəhmanən "Mən çox böyük səhv etdim, sənin verilişinə gəldim. Artıq əsəbiləşdim..." sözlərindən sonra efir rejissoru tərəfindən sənətçinin mikrofonu söndürülüb. 

Gitara ifaçısı ayağa qalxaraq sərt şəkildə masada olan gitarasını götürərək "Mən özümə dəyər və hörmət qoyan insanam" sözləri ilə efiri tərk edib. Onun arxasıyca gələn aparıcı Zaur sənətçinin efirdən getməsinin qarşısını almaq istəsə də, heç bir nəticə verməyib. Rəhman Məmmədli əsəbi halda studiyanı tərk edib. Verilişdə baş verən qalmaqallı hadisəni təqdim edirik: 

 

Son xəbərlər

Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar

Aygün Kazımova toya bəyin dostu ilə "oyun çıxardı" - VİDEO

Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...

Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tramp "Apple"ı tariflərlə hədələdi

NATO Rusiya sərhədində PUA buraxacaq

Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

Linkolnun qanlı əlcəkləri 1,5 milyona satıldı

Bu Avropa ölkəsində əhalinin sayı sürətlə azalır

“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Müğənnini tava ilə döyüb öldürdülər

“Qalatasaray” onunla müqaviləni uzadır

Sürücülərin nəzərinə -Bu yol təmir olunur

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı...

Modriç buna görə "Real"dan getdi

Xarici bazarlara pomidor ixracı neçə faiz artıb?

Yay mövsümünün əsas trendləri - 5 GEYİM TƏRZİ

Bütün xəbərlər