BAKU Azərbaycan
°C

“Aparıcı, Aygün Bəylər sənətçidir? Bir gözünü ovuşdur. Bir bax gör, sənin qarşında kimdir? Sənətçi, yoxsa sənətkardır? Aparıcıların çoxusu bilmir ki, kim sənətkar kim isə sənətçidir?”

Gundem.az  bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “O üz” verilişində deyib.

Sənətçi efirdə sənətini deyil, zinət əşyalarını reklam edən həmkarlarını sərt şəkildə tənqid edib:

“Pul ola bilər… Allah hamının canını sağ eləsin. O qədər milyonçu insanlar var ki… Bəyəm, onlar sənətkardırlar? Hər gün efirə çıxmaq sənətkar olmaq demək deyil. Sənətkarın vaxtı olmur. Özünüz də görürsünüz ki, sənətdə olan insanlar fırlanır ortada. Kənarda, qıraqda-bucaqda qalanlar isə yoxdur. Bunlar elə zənn edirlər ki, Azərbaycan musiqisini yaşatmaqla məşğuldurlar. Xeyr, onlar günü-gündən Azərbaycan musiqisinə balta vurmaqla məşğuldurlar. Hamı efirə çıxıb, üzüyündən, sırğasından, paltarının qiymətindən danışır. Amma bir adam çıxıb onlara demir ki, “De görüm, sən bura haradan gəlmisən? “Sən hansı sənətlə məşğul olursan? Sən burada nə qələt yeyirsən? Bunları deyən yoxdur…. Mən elə bilirdim ki, mən bura sənətlə məşğul olmağa gələcəyəm, 1000 dənə qəzəl öyrənməliyəm. Sonra da hamı ilə üz-göz olasan… Belə şey olar? Sonra da acından ölməlisən, Elnarə… Sənətlə məşğul olun da… Mən yetərincə xeyriyyəçi, sənətçi kimi xidmət etmişəm bu dövlətimə. Bu gün Azərbaycanda musiqi sənəti çalxalanır”.

Son xəbərlər

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bütün xəbərlər