BAKU Azərbaycan
°C

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.

 

Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib.

 

O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırıb.

 

Xalq artisti Rasim Balayev isə Yüzbəyovun ittihamlarına sərt reaksiya verib.

 

“Künc-bucaq” layihəsinin qonağı olan sənətçi, “O, bizim tərbiyəsizliyimizi harada görüb? Eşitdiyimə görə, deyib ki, ev alanlar tərbiyəsizdir. Bu tərbiyəsizlikdir? O, çox qələt danışıb”, - qeyd edib.

Gundem.az bildirir ki, aktyor Azər Aydəmir də məsələyə münasibət bildirib. O, Rasim Balayevi çox sevdiyini vurğulayıb:

“Çox saf insandır. Hörmətli podkast əhli, onunla manipulasiya etməyin. Yönləndirməyin. Alət etməyin. Rasim müəllimin yanında daima olan insanlardan isə xahiş edirəm ki, sənətkarla bir rahat yerdə əyləşib, pürrəngi çay sifariş edib müəllimə “Alatava”nı göstərsinlər. 3 seriyaya maksimum 2.5 saat gedəcək və söhbət dərhal bağlanacaq”.

Aktyor Rasim Balayevin köməkçisinə də müraciət edib:

“Canlı əfsanəni görmək istəyən, ondan müsahibə almaq istəyən 24/7 minlərlə adam zəng edə bilər. Sən də barı "yox" deməyi bacar da, qadan alım”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayev ötən gün “Alatava” serialında söyüş söyülməsini və qeyri-etik ifadələrin ekrana gətirilməsini tərbiyəsizlik adlandırmışdı.

 

Son xəbərlər

Sabah bu yollar BAĞLANACAQ - RƏSMİ

Ərdoğan: "İslamofobiya Avropa əhalisi üçün ən böyük təhdiddir"

Moskvada Qələbə paradı BAŞA ÇATDI

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”

Vladimir Putin: "Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək"

Bu ölkədə yüzlərlə uçuş LƏĞV EDİLDİ - SƏBƏB

Sabahın hava PROQNOZU

Rusiya bu ölkələrin rəsmilərini Qələbə Günü paradına DƏVƏT ETMƏDİ

Şolts: "Ukraynadakı müharibə istədiyimizdən daha uzun sürəcək"

Keşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA

NATO Ukraynaya yardımdan İMTİNA EDİR? -  Stoltenberq AÇIQLADI

Mark Libby: "ABŞ şirkətləri Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır"

Dünya bazarlarında neft BAHALAŞDI

Hansı temperament tipinə aid olan insanlara daha tez aşiq olurlar?  – Seksoloq AÇIQLADI

Qavrayışı zəif olan uşaqlara yeni dili necə öyrətmək olar? - AÇIQLAMA

Bəzi incəsənət xadimlərinə Prezidentin mükafatları verildi - SİYAHI

Bu şəxslərə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ- FOTO

Azərbaycan nefti BAHALAŞDI

Faktiki hava: Şahdağa qar yağıb

Bütün xəbərlər