Astrologiyanın ən xəyanətkar BÜRCLƏRİ
Astrologiyaya görə, xəyanət etmə ehtimalı olan 7 bürc var. Bu 7 bürc münasibətlərində axtardıqlarını tapa bilmədikdə, başqa insanla münasibətə yelkən açırlar.
Gundem.az həmin bürcləri təqdim edir:
ƏKİZLƏR
Əkizlər ikili təbiəti ilə tanınır. Maraqlı, ahəngdar və sosial olsalar da, münasibətlərdə qərarsız və narahat bir ruha sahibdirlər. Onlar daima dəyişiklik atarışında olurlar. İstəkləri partyonlarının istəkləri ilə üst-üstə düşmədikdə başqa yerdə həyəcan axtarmağa başlayırlar. Şorgöz təbiəti partnyorları ilə sağlam, uzunmüddətli, sadiq münasibət saxlamaqda çətinlik yarada bilər.
OXATAN
Oxatanlar təbiətcə azad və macərapərəstdir. Oxatanların münasibətdən tez sıxılması onların xəyanət etməsinə səbəb ola bilər. Oxatanlar monotonluğu xoşlamırlar.
BALIQLAR
Balıqlar xəyalpərəstdirlər və sevgiyə idealist baxışları var. Əgər reallıq onların xəyalları ilə üst-üstə düşmürsə, xəyanət edirlər.
DOLÇA
Dolçalar intelektuallığı, müstəqilliyi və həyata qeyri-ənənəvi yanaşması ilə tanınırlar. Onlar öz azadlıqlarını yüksək qiymətləndirirlər və buna görə də daimi münasibət qura bilmirlər.
QOÇ
Onlar sevgi və münasibətlərdə çox gərgin və tələbkardırlar. Nəticələrini nəzərə almadan impulsiv davranırlar. Qoçların həyəcan axtarışı xəyanətlə nəticələnir.
TƏRƏZİ
Bu bürcün insanları sevgi və gözəllik planeti Venera tərəfindən idarə olunur. Təbiətcə cazibədar, sosial və romantik olduqları bilinir. Tərəzilər qərarsız olurlar, bu da onların münasibətlərində problem yaradır.
ŞİR
Onlar diqqət çəkməyi sevirlər. Bu, bəzən onları romantik münasibətlərdən kənarda təsdiq axtarmağa vadar edir. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay