BAKU Azərbaycan
°C

Kanadanın sərt və şaxtalı şimalında Anjikuni gölünün sahilində bir kənd var idi. 1930-cu ildə kənd sakinlərinin müəmmalı şəkildə yoxa çıxması hələ də açılmamış sirr olaraq qalır. Bəs, bu müəmmalı hadisənin arxasında nə dayanır?

Gundem.az 1930-cu ildə baş vermiş bu hadisə haqqında yazı təqdim edir.

1930-cu ilin soyuq noyabr günündə kanadalı xəz ovçusu Co Labelle Anjikuni gölünün yaxınlığındakı İnuit qoruğuna sığınıb. Lakin kəndə çatanda böyük bir sükutla qarşılaşıb.

Kənddə daha dəhşətli bir kəşf edən Labelle yeddi it cəsədi tapıb. İtlər kəndlilərin sağ qalması üçün əvəzedilməz rolu olan xizək itləri idi və bu heyvanların aclıqdan ölməsi kəndlilərin kəndi tələsik tərk etdiyini göstərirdi.

Labelin tapdığı daha qorxulu şey isə yeni bir qəbrin qazılmış olması idi.

 

Qəbrin ətrafındakı daşların bütöv olması qəbrin insan tərəfindən açıldığını göstərirdi.

 

Kanada Kral Atlı Polisi (RCMP) qrupları hadisəni araşdırmaq üçün işə başlayıb. Kəndin ən azı səkkiz həftə əvvək tərk edildiyini aşkar edib. Ancaq kəndlilərin hara getdiyi tapılmayıb.

 

Araşdırma zamanı səmada mavi və sayrışan işıqlar görünüb. Normalda bu bölgədə şimal işıqları tez-tez görünsə də, bu işıqlar öz gözəlliklərindən çox fərqlənirdi.

Bu qəribə işıqların kəndlilərin yoxa çıxması ilə bağlı olub-olmadığı heç vaxt aydın olmayıb.

 

Skeptiklər isə hadisənin daha adi bir izahının olduğunu düşünürlər. Co Labellenin kənd və bölgə haqqında heç bir məlumatının olmadığı və jurnalist Emmett Kelleherin hekayəni şişirtdiyi güman edilir.

 

 

1931-ci ildə RCMP kəndlilərin yoxa çıxması hekayəsini “uydurma” hesab edərək, hadisəni bağlayıb.

 

Lakin bütün bu ziddiyyətlər və çatışmayan sübutlar kəndlilərin həqiqətən də itmədiyini sübut etmir. Kelleherin xəbəri şişirtməsi belə kəndlilərin itkin düşməsinin səbəbini açıqlamır.

Son xəbərlər

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

1157-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

Bütün xəbərlər