“Bitcoin”in yaradıcısı TAPILDI - Sənədli film həqiqətləri üzə çıxaracaqmı?
ABŞ-nin televiziya kanalı olan HBO “Bitcoin”in yaradıcısı kimi tanınan Satoşi Nakamoto haqqında sənədli film çəkib. Hələ yayımlanmayan sənədli filmdə “Bitcoin”in necə yaradılması, onu yaradanın kimliyi haqqında ətraflı məlumat yer alıb.
Gundem.az xəbər verir ki, “Bitcoin”in yaradıcısının Satoşi Nakamoto təxəllüslü bir şəxsin olduğu birjalara məlumdur. Amma onun şəxsiyyəti haqqında hər hansı məlumat yoxdur. İddialara görə, yeni sənədli filmdə Satoşi Nakamotonun kimliyinə aydınlıq gətirilib.
“Bitcoin” 2009-cu ildə istifadəyə verilib və hazırda ən bahalı kriptovalyutadır. Onun istifadəyə verilməsi internet əsrinin ən böyük maliyyə hadisələrindən biri hesab olunur. Satoşi Nakamoto təxəllüsünü daşıyanın kimliyi bilinərsə, o, dünyanın ən varlı adamlarından biri olacaq. Çünki onun 1,1 milyon ədəd “Bitcoin”ə sahib olduğu ehtimal edilir.
Hazırkı qiymətlə bu qədər “Bitcoin”in dəyəri 66 milyard dollardan çoxdur. “Bitcoin”in yaradıcısı illərdir böyük bir sirr olaraq qalır. 2008-ci ildə “Bitcoin” strukturunu göstərən tezisi dərc etdikdən sonra Satoşi müxtəlif forumlar və e-poçtlar vasitəsilə layihəni hazırlayan kriptoqrafiya mütəxəssisləri ilə əlaqə saxlayıb. Lakin 2010-cu ildə qəflətən yoxa çıxıb və ondan bir daha xəbər alınmayıb.
Bu illər ərzində bir çox insan Satoşi Nakamotonun kimliyini anlamağa çalışıb. “Bitcoin”in yaradıcısının kim olduğunun aşkarlanması təkcə maliyyə dünyasında deyil, həm də siyasi arenada böyük təsir göstərə bilər. Sənədli filmdən sonra kriptovalyuta dünyasında və ondan kənarda böyük dalğalanmalar gözlənilir. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay