BAKU Azərbaycan
°C

Elm adamları hazırda qaynağı bəlli olmayan vəziyyətlə üz-üzədir. Belə ki, dünyanın müxtəlif yerlərində zəlzələ səsinə bənzədilən səslərin eşidildiyi bildirilir. Belçikadan Yaponiyaya qədər geniş bir ərazidə hiss edilən bu qəribə səslər silah və ya partlayış səsləri ilə qarışdırılır. 

Sözügedən vəziyyətin arxasındakı həqiqətlər nədir?

Gundem.az “Daily Mail”ə istinadən bildirir ki, alimlər bu səs-küylü partlayışların mənşəyini müəyyən etmək üçün müxtəlif nəzəriyyələr irəli sürürlər. Düşünülür ki, bu səslər atmosferdə meteoritlərin partlaması, hərbi təlimlər, karxana partlayışları, uzaq fırtınalar və ya zəlzələlərdən yarana bilər.

İlk dəfə 1811-ci ildə ABŞ-nin Missuri ştatının Nyu-Madrid şəhərində 7,2 bal gücündə zəlzələ zamanı qeydə alınan bu səslər bölgə sakinləri tərəfindən təəccüblə qarşılanıb. Oxşar səslər 1886-cı ilin avqustunda Cənubi Karolina ştatının Çarlston şəhərində baş verən 7,3 bal gücündə zəlzələ vaxtı da eşidilib və maraqlısı odur ki, bu, hadisədən həftələr sonra da hiss olunmağa davam edib. Elm adamlarının “göy zəlzələləri” deyə adlandırdıqları hadisə “uğultu” və ya “güclü partlayışlar” kimi də təsvir edilir. 

Bununla bağlı alimlər 2013-cü ildən etibarən “EarthScope Transportable Array”dən (ESTA) əldə etdikləri seysmik məlumatlardan istifadə edirlər. ESTA ABŞ-də zəlzələləri, vulkanları və sürüşmələri aşkar edən, 400-dən çox seysmik stansiyadan ibarət şəbəkədir. Beləliklə, Şimali Karolina Universitetinin “Chapel Hill” tədqiqat qrupu bu səslərin zəlzələlərdən qaynaqlandığını müəyyən etmək üçün ESTA-nın məlumatlarını müxtəlif qeydlərlə müqayisə edib. Tədqiqatçılardan biri Eli Börd, ümumiyyətlə, bunun atmosfer hadisəsi olduğuna inandıqlarını və seysmik fəaliyyətdən qaynaqlanmadığını bildirib. Elm adamlar səslərin atmosferdən yayıldığını fərz edirlər.

Dünyanın müxtəlif yerlərində oxşar səslərin eşidilməsi isə araşdırmanı beynəlxalq müstəviyə çıxarır. Alimlər bu səsləri daha əhatəli şəkildə öyrənmək üçün beynəlxalq əməkdaşlıqlar qurmağa çalışırlar. Mütəxəssislər qeyd edirlər ki, bu səslərin qaynaqlarının müəyyən edilməsi cəmiyyətlərin məlumatlandırılmasında və mümkün təhlükələrin əvvəlcədən xəbərdar edilməsində kritik əhəmiyyət kəsb edir.  (Sfera.az)

Son xəbərlər

Castin Biberin arvadı Kıvançın VİDEOsunu paylaşdı

Göbələk xərçəngin dərmanı imiş

Türkiyədə qaçırılan Avrelinin heykəli 65 il sonra qaytarılır

Bu Afrika ölkəsi “Barselona”nın sponsoru olacaq

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

Vaxtla bağlı YALANLAR - Niyə “az” deyib “çox” gecikirik?

1239-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ronaldo yalnız bu oyunlarda oynaya bilər

Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu günlərdə işləməyən şəxslərin maaşları veriləcək

Azərbaycan çempionu oldular

Bakıda illərdir gözlənilən böyük söküntüyə başlanılır

Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

Həftəsonunadək hava necə olacaq?

Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

Flora İbadovaya icra hakimiyyətində vəzifə verildi

Əkrəm İmamoğluna hökm oxundu

Emin rus aparıcıları onlarla əvəzlədi

Bütün xəbərlər