BAKU Azərbaycan
°C

Soğan doğrayarkən yaranan problemlərdən biri də göz yaşlarının axması və gözlərin yanmasıdır. Bu hal yemək bişirmə prosesini xoşagəlməz bir təcrübəyə çevirə bilər.

Gundem.az-ın xarici mediaya istinadla xəbərinə görə, buna baxmayaraq, alimlər bununla necə mübarizə aparmaq lazım olduğunu bilirlər.

Niyə soğan doğrayarkən gözlər yaşarır?

Alimlər izah edirlər ki, soğan doğrandıqda tərəvəz hüceyrələri zədələnir və nəticədə fermentlər sərbəst buraxılır. Bu fermentlər kükürdlü birləşmələri sin-propanetial-S-oksidə çevirir. Bu maddə havaya qalxır və gözlərdəki həssas selikli qişaları qıcıqlandıraraq onların yaş ifraz etməsinə səbəb olur.

Alimlər müəyyən ediblər ki, doğrama üsulu bu maddənin gözə nə qədər təsir edəcəyinə ciddi təsir göstərir.

Soğanı necə doğramaq lazımdır ki, gözlər yaşarmasın?

Soğanı çox iti bıçaqla və yavaş-yavaş doğramaq ən yaxşı üsuldur. Bu zaman tərəvəzin ifraz etdiyi qıcıqlandırıcı maddələrin miqdarı xeyli azalır.

Alimlərin sözlərinə görə, küt bıçaqlardan istifadə edildikdə bıçaq soğanın laylarına təzyiq göstərir, onları içəri əyərək şirəni sıxır. İti bıçaqlar isə hüceyrələri ehtiyatla kəsir, sıxmadan parçalayır.

Doğrama sürəti də çox vacib amil sayılır. Tez-tez hərəkət etmək effektiv görünsə də, əslində daha çox sıçrama yaradır. Yavaş hərəkətlərlə doğramaq isə soğanı daha dəqiq kəsməyə və qıcıqlandırıcı maddənin ayrılmasını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. /Lent.az

Son xəbərlər

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Nazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət

Ceylo bir də ərə getməyəcək - səbəbi özü açıqladı

Prezidenti sosial şəbəkələrdəki rəsmi səhifələrində Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO

Arif Əzizov vəfat etdi

Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

“Sea Breeze”ə marşrut xətti fəaliyyətə başlayır

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

Premyer Liqada yeni mövsümün püşkü atıldı

1241-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR

Günün ULDUZ FALI - Elə qərar verilə bilər ki...

"Qızım Azərbaycandan köçdü"

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bütün xəbərlər