BAKU Azərbaycan
°C

Bir neçə gündür ki, Ermənistan Azərbaycanla sərhəd bölgələrində təxribatlara əl atır.

Son olaraq, ötən gün düşmən tərəfindən Tovuz istiqamətində atəşkəs pozulub.

Maraqlıdır, Ermənistan tərəfinin son günlər davamlı təxribata əl atması nəyə hesablanıb?
 
Mövzu ətrafında Sfera.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov təxribatların 10 noyabr bəyanatının imzalanmasının ildönümü fonunda baş verməsinin təsadüfi olmadığını bildirib. Ş.Ramaldanov təxribatların müxtəlif istiqamətlərdə davam edəcəyini deyib:
 
"Ermənistanın daxilində və xaricində sülhün bərqərar olmasını istəməyən qüvvələr var. 10 noyabr bəyanatının ildönümü ilə əlaqədar revanşist qüvvələr sülh müqaviləsinin imzalanması məsələsini gözə alaraq, buna mane olmaq istəyirlər. Beləliklə, həm sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə təxribatlar oldu, həm də Kəlbəcər, Tovuz istiqamətində. Azərbaycan və Ermənistan arasında qonşuluq əlaqələri üçün şərait yaranıb, münasibətlər sülhə yönəldikcə, revanşistlər bu cür təxribatlar törədirlər. Bu məqamın arxasında Azərbaycanın Rusiya ilə də əlaqələrinə soyuqluq gətirmək istəyənlər var.
 
Ermənistan isə beynəlxalq aləmdə Azərbaycanı müharibədən sonra Ermənistan ərazisində soxulan bir ölkə kimi tanıtmaq istəyindədir. Ermənistan indi əlini beynəlxalq aləmə və Rusiyaya uzadaraq maliyyə yığmaqla məşğuldur. Bundan başqa, Ermənistan həm də Azərbaycan ordusunu sınamaq niyyətindədir. Lakin prezident İlham Əliyev dəmir yumruğun hər zaman hazır vəziyyətdə olduğunu bildirib və təxribatlara cavab veririk.  Səngərdə əsgər dayanıbsa, düşməndən hər zaman güllə gözləmək olar. Təxribatlar bütün sərhədboyu istiqamətlərdə ola bilər, bu, gözləniləndir”.
 
Polkovnikin sözlərinə görə, son təxribatlar sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:

"Gərginlik müəyyən addımlarının atılmasını zəruri edəcək. Ermənistan cəmiyyəti də sual edəcək ki, biz nə qədər itki verəcəyik? Düşünürəm ki, təxribatlar təkandır ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi imzalasın. Paşinyan da artıq bu mövqedədir. Digər tərəfdən sülməramlı qüvvələrin yerləşdirildiyi ərazilərdə hələ də silahlı ermənilər var. Onların tərksilah edilməsi üçün indi Azərbaycan daha qətiyyətli mövqe ortaya qoyacaq. Baş verən təxribatların fonunda Azərbaycan bəyannaməyə imza atan tərəflər qarşısında bu təklifləri irəli sürəcək. Revanşist qüvvələr növbəti təxribat zamanı hansı həmlə ilə qarşılacağını artıq bilirlər və bundan nəticə çıxaracaqlar”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər