BAKU Azərbaycan
°C

Uzun müddətdir ki, qırmızı şərabın ürək-damar sağlamlığını qorumaq üçün faydalı olduğuna inanılır. Xüsusən də, bunun qan təzyiqini aşağı salmağa və ürək xəstəliyi riskini azaltmağa kömək etdiyi bidirilir. 

Lakin axşam yeməyində bir qədəh şərab qəbulu belə, adət halını aldıqda bədəninizə zərər verə bilər. 

Gundem.az xəbər verir ki, araşdırmalar gündəlik kiçik dozada belə şərab qəbulunun hansı sağlamlığımız üçün hansı təhlükələri yaratdığını müəyyən edib.

1. Ürək problemləri

Ekspertlər qeyd edirlər ki, mütəmadi olaraq şərab içməyin ürəyinizdə ciddi yan təsirləri ola bilər. O cümlədən gündəlik şərabdan istifadə ürəyinizin çox tez və nizamsız döyünməsinə də gətirib çıxara bilər. 2021-ci ilin yanvarında Avropa Ürək jurnalında dərc edilmiş bir araşdırma, gündə yalnız bir porsiya spirt qəbulunun ürək kameralarının fibrilasiyası riskini 16% artırdığını aşkara çıxarıb.

2. Serroz

Şərab da daxil olmaqla hər hansı bir spirtin uzun müddətli istifadəsi qaraciyərdə ciddi problemlərə, o cümlədən serrozun inkişafına səbəb ola bilər. 2015-ci ildə aparılan araşdırmaya görə, gündəlik tövsiyə olunan dozadan  (yəni qadınlar üçün gündə bir, kişilər üçün isə iki qədəhə qədər) daha artıq spirtli içki qəbulu, qaraciyər serrozunun baş vermə ehtimalını 11,13% artırır.

3. Döş xərçəngi

Xüsusilə də, iris olaraq döş xərçənginə yolxuma riski yüksək olan şəxslərin gündəlik şərab qəbulundan uzaq durmaları məsləhət görülür. 2006-cı ildə “Annals of Epidemiology” jurnalında dərc edilən araşdırmaya görə, gündə yalnız bir və ya iki qədəh içki süd vəzi xərçəngi riskini 30-50% artıra bilər.

4. Qida borusu xərçəngi

Spirtli içkilər süd vəzisi xərçəngi ilə yanaşı, qida borusu xərçənginin inkişafı riskini də artırır. “PLoS One” jurnalında 2017-ci ildə dərc edilən bir araşdırmaya görə, gündə yalnız bir qədəh içki yemək borusu xərçəngi riskinin artmasına səbəb ola bilər.

5. Yuxu pozğunluğu

Axşam saatlarında bir qədəh şərab sizi yuxuya apara bilər, amma şərabın yəqin ki, bilmədiyiniz başqa bir yan təsiri var: o, əslində sağlam yuxuya mane olur. Spirt fiziki və emosional sağlamlıqla birbaşa əlaqəli olan yuxu dövrünün ayrılmaz hissəsi olan REM yuxusunun müddətini qısaldır.

6. Rozasea xəstəliyi 

Gündəlik aşağı dozalarda belə içki qəbul edən qadınlarda rozasea (üz dərisində yanma, qızartı, quruluq əlamətləri ilə müşahidə olunur) daha çox müşahidə olunur. Aparılan tədqiqatların nəticələri şərab içənlərin yanaqlarında kapilyarların sayının artdığını göstərir.

7. Premenstrual (PMS) sindrom 

Bir stəkan şərabın PMS (menstural tsikldan əvvəlki gərginlik) simptomlarını idarə etməyə kömək edə biləcəyi iddia olunur. Lakin ginekoloqların sözlərinə görə, şərab içməyin daha az məlum olan yan təsirlərindən biri də PMS sindromun və premenstrual disforiya pozğunluğunun simptomlarının artmasıdır. Bizim.media

Son xəbərlər

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Bütün xəbərlər