Maraqlı
28.12.2021 / 22:35
750
Maqnit qasırğa - ölümcül təhlükə. Özümüzü necə qoruyaq?
Digər tərəfdən maqnit qasırğaları sinir sisteminə də ciddi təsir edir. 2014-cü ildə Yaponiya alimləri 1999-2008-ci illərdə baş vermiş 300 000 intihar hallarını araşdırıb aşkar ediblər ki, maqnit qasırğaları günlərində kişilər arasında intihar halları bir neçə dəfə artır.
Depressiya və digər nevroloji pozulmalardan əziyyət çəkən insanlarda maqnit qasırğaları vəziyyətin pisləşməsinə, xəstəliyin kəskinləşməsinə səbəb olur.
Alimlər ürək-damar və sinir sistemi xəstəlikləri və pozulmaları olan insanlara maqnit qasırğaları günlərində öz sağlamlığına qarşı daha diqqətli olmağı, daha çox dincəlməyi və yatmağı, streslərdən uzaq olmağı, yüngül qidaları qəbul etməyi, daha çox maye qəbul etməyi tövsiyə edirlər. Milli.Az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay