BAKU Azərbaycan
°C

Kişinin bağırsaqlarında 60 ədəd yad cisim aşkarlanıb.

Gundem.az xəbər verir ki, hadisə Hindistanda baş verib. Bərk və həzm olunmayan cisimləri udması onun uzun müddət mədə ağrısı çəkməsinə səbəb olub.

Həkimlər müayinə zamanı şoka düşüblər. Məlum olub ki, xəstə düymələrdən tutmuş qulaqcığa qədər bir çox məişət əşyalarını udub. 35 yaşlı Kuldip Sinq şiddətli qarın ağrısı və yüksək hərarət şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər problem sahəsini skan edərkən həyəcan verici mənzərə ilə rastlaşıblar. Pasiyentin sınıq medalyonlar, zəncirlər, qoz-fındıqlar, boltlar, qulaqlıqlar, saç sancaqları, maqnitlər, köynək düymələri və bir çox başqa yeyilməyən əşyalar da daxil olmaqla 60-a yaxın bu kimi əşyalar udduğu ortaya çıxıb.

Kişiyə həmçinin bu əşyaları məcburi şəkildə udduğu üçün psixi xəstəlik diaqnozu qoyulub. Maraqlıdır ki, xəstənin yaxınları həmin şəxsin bu xəstəlikdən əziyyət çəkdiyini bilməyiblər.

Onu əməliyyat etmək qərarına gələn Pəncabın Moqa şəhərindəki xəstəxananın direktoru Ajmer Sinq Kalra udulan əşyaların içində iti ucluların da mövcudluğu üçün kişinin mədəsində ciddi yaralar olduğunu bildirib.

Sinq təxminən üç saatlıq əməliyyat keçirib. Prosedur uğurlu olsa da, xəstənin vəziyyəti ağır olaraq qalır və süni nəfəs aparatındadır.

Lent.az

Son xəbərlər

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

Moskvada fövqəladə xəbərdarlıq edildi

Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

Məşhur cütlük 14 ildən sonra boşanır

Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım etdi

Qəzza İslam Universitetinin rektoru həlak oldu

Xoşbəxt ailə qurmaq istəyirsinizsə belə şəxslərdən qaçın!

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

Kürdəmirdə ağır qəza: xəsarət alanlar var

Qərbin Ermənistana ixracı 200% artıb, Brüssel hara baxır?

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Sürücülərə Bakının əsas prospektlərindən biri ilə bağlı mühüm xəbərdarlıq

Gömrük limiti ilə bağlı rəsmi açıqlama

Bütün xəbərlər