BAKU Azərbaycan
°C

Artıq 2023-cü ilin bitməsinə və təzə ilin gəlməsinə sayılı günlər qalıb. Kimi yeni ili öz evində, kimi xarici səyahətdə, kimi də elə ölkə daxilində yerli turist kimi qarşılamağa hazırlaşır. Yeni illə əlaqədar olaraq qarşıdan gələn tətil günləri üçün insanlar daxili və xarici tur təkliflərini nəzərdən keçirməyə başlayırlar. İstirahət planlarını cızaraq çamadanlarını yığmağa hazırlaşanlar isə yeni tur qiymətlərindən yəqin ki, xəbərsizdirlər.

Gundem.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, turizm məsələləri üzrə ekspert Əziz Şiriyev açıqlamasında ötən illə müqayisədə bu ilin qiymətlərində müəyyən qədər artımın müşahidə olunduğunu deyib.

O, qiymətlərin bazar iqtisadiyyatına uyğun tənzimləndiyini söyləyib: "Yeni il öncəsi Şahdağ hoteldə 2-3 günlük 2 nəfərlik qiymət 1560 manatdır. 5 ulduzlu hotellərdə 2 nəfərlik üçün 2 gecəlik qiymətlər 1000 manatın üzərində olacaq. Buraya müxtəlif bölgələrdə yerləşən 5 ulduzlu hotellər də daxildir. Məsələn, "Qalaaltı hotel", Şahdağdakı hotellər, "Lənkəran Springs Welness Resort", Basqal və s".

Ekspert vətəndaşlara turizm şirkətlərinin təklif etdiyi turlara qoşulmağı daha səmərəli hesab edib. O deyir ki, vətəndaşlar turizm şirkətlərinin təklif etdiyi turlara qoşulduqda onlar nə yanacaq sərf edəcək, nə də avtomobil idarə etmək məcburiyyətində qalacaqlar:

"Turlar əsasən Şahdağ və Tufandağ istiqamətində təşkil ediləcək. Qiymətlər də münasibdir. Məsələn, Şahdağa 1 günlük turun qiyməti 23 manatdan başlayır. Tur paketə nəqliyyat xidməti, tur rəhbəri, səhər yeməyi, çay süfrəsi, musiqi, əyləncə və ekskursiya daxildir. 2 günlük turların qiyməti isə 69 manatdan başlayır. Bu məbləğin üzərinə 15-20 manatda əlavə etməklə gün ərzində 4 dəfə qidalanmaq və eləcə də xidmətlərdən yararlanmaq olar".

Ə.Şiriyev həmçinin xarici tur paketlərindən də danışıb. O, Misir və Ərəb ölkələrində qiymətlərin daha əlverişli olduğunu vurğulayıb: "Hazırda Misirə qiymətlər çox əlverişlidir. Bundan başqa əksəriyyət Ərəb ölkələrinə daha çox üstünlük verir. Çünki orada qiymətlər münasibdir. Məsələn, 200-300 dollara həm təyyarə bileti almaq, həm hoteldə qalmaq, həm də qidalanma xərclərini qarşılamaq olar".

Milli.Az

Son xəbərlər

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

"O gün doğulanlara qara gecənin işıqlı sabahı deyirmişlər" - FOTO

Serbiyada qocalar evində yanğın - 8 ölü var

“İnstaqram”da 3 sensasiyalı YENİLİK

Ukrayna da bu şəhəri VURDU: yaşayış binaları və avtomobillər... - VİDEO

Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə MƏLUMATI

154 kiloluq ana oğlununüstündə oturub öldürdü- Məhkum olundu

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı

ŞirvandaAĞIR QƏZA:5 yaralı var

Anasından danışıb ağladı - VİDEO

Mirzoyan sabah Moskvaya gedəcək

Çimnaz Sultanovanın Manaf Ağayevlə arxiv GÖRÜNTÜLƏRİ

"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

"Yenə 7 bal zəlzələ olacaq" - Həmin alimdən PROQNOZ

Fərid Səfərli azadlığa buraxıldı

Ən çox güvənə biləcəyiniz 2 BÜRC

Xalq artisti oğlunun müəllimlərindən üzr istədi - VİDEO

Qonşu ölkədə "donuz qripi"nə kütləvi YOLUXMA – Ölənlər var

Bütün xəbərlər