BAKU Azərbaycan
°C

İstanbulda yerləşən Sabiha Gökçen Hava Limanı satışa çıxarılıb. 
Gundem.az “Bloomberg”ə istinadən xəbər verir ki, hava limanının bütün əməliyyat hüquqlarına sahib olan Malayziyanın “Airports Holdings Berhad” (MAHB) şirkəti Türkiyənin “IC Holding” şirkəti ilə ortaqlıq üçün danışıqlar aparır. 
“Bloomberg” yazıb ki, danışıqlar hələ ilkin mərhələdədir və heç bir razılıq əldə olunmayıb. MAHB rəsmiləri “IC Holding” ilə strateji əməkdaşlığa girdiklərini təsdiqləyiblər. 
2023-cü ilin yanvar-noyabr dövründə 34 milyon sərnişinə (sərnişin sayı 21 faiz artıb) xidmət göstərən İstanbul Sabiha Gökçen Hava Limanının ikinci uçuş-enmə zolağı dünən keçirilən mərasimlə istifadəyə verilib. Sabiha Gökçen Hava Limanı sərnişin sayına görə, Türkiyədə İstanbul və Antalya Hava Limanlarından sonra üçüncü yerdədir. 

MAHB Sabiha Gökçen Hava Limanının biznesinin bütün hissələrinə sahibdir. Şirkət 2008-ci ildə Sabiha Gökçenin 20 illik əməliyyat hüququnu 1,9 milyard avroya alıb.

“IC Holding” isə 2018-ci ildə Antalya Hava Limanı əməliyyatındakı 49 faiz payını 360 milyon avroya “Tav Havalimanları Holdinq”ə satıb. “IC Holding” Kütahyada Zəfər Hava Limanını da idarə edir. (Sfera.az)

Son xəbərlər

Şoyqu Belousovla ƏVƏZLƏNDİ - Putinin gələcək planı nədir?

Valideynlərin NƏZƏRİNƏ! - Yeri dolan məktəblərin alternativləri AÇIQLANDI + SİYAHI

Süni intellekt ölüləri təqlid edir: Psixoloji fəsadları...

Bu günə qədər neçə tələbəyə təhsil krediti verilib? - STATİSTİKA 

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü YEKUNLAŞDI - FOTO

"1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir" - Mirzoyan

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

Rusiyanın neft-qaz gəlirləri 82 faiz artıb – RƏQƏMLƏR

Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

D vitaminin çox qəbul edilməsi ZƏRƏRLİDİRMİ?

Türkiyə qənaət rejiminə keçir: Bu xərclər üç il DAYANDIRILACAQ

Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO

Mariya Stadnikin atası VƏFAT ETDİ

Astanada ŞƏT ölkələrinin XİN başçılarının iclası KEÇİRİLƏCƏK

Məşhur polkovnikə AĞIR İTKİ - FOTO

"Belousov Putinin növbəti kuklasıdır" - Britaniyanın müdafiə naziri 

Coratda 10 aylıq körpə boğularaq ÖLDÜ

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı MÜƏYYƏNLƏŞDİ

Bu ərazilərdə su olmayacaq

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Bütün xəbərlər