BAKU Azərbaycan
°C

54 yaşlı amerikalı müğənni Cennifer Lopez və 51 yaşlı “Oskar” mükafatlı aktyor Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar.

Gundem.az bildirir ki, iki ildən az bir müddətdə ailə həyatı quran cütlük hazırda birlikdə yaşamırlar. Hər şeyin səbəbi isə işdir. Aktyor Los-Ancelesdədir və burada “Auditor” filminin davamının çəkilişləri aparılır. Cennifer isə Nyu Yorkda qalır. 2021-ci ildə münasibətlərinin bərpasından sonra ilk dəfədir ki, cütlük bu qədər uzun müddət ayrı yaşayır.

Cenniferin karyerasındakı uğursuzluqlar və keçmiş şəxsi həyatı onun problemlərini artırır.

JLo daim diqqət, sevildiyini və pərəstiş edildiyini görmək istəyir. Öz növbəsində, Afflek də həyat yoldaşının davamlı şikayətlərini sevmir, ona görə də əhvalı pozulur.
"Onların bal ayı dəqiq bitib" deyə mənbə əlavə edir.

Məsafə və Ben Afflekin yeni layihəsinə əlavə olaraq Cenniferin karyerasındakı uğursuzluqlar ard-arda gəldi. Onun son albomu və sənədli filmi ümidləri doğrultmadı. Müğənninin keçmiş sevgilisi Şon Kombs isə insan alveri və narkotik istifadə etməkdə ittiham olunur.

"Onlar Cenifferi saxta, narsist və ətrafındakı real dünyaya qulaq asmayan adlandırırlar"-deyə mənbə ətrafdakıların J. Loya münasibəti haqqında danışır.

Qeyd edək ki, Lopez və Afflek 2022-ci ilin yayında evləniblər. 2021-ci ildə müğənninin beysbol oyunçusu Alex Rodriguez ilə ayrılmasından sonra münasibətlərini yenidən bərpa ediblər.
2000-ci illərin əvvəllərində də Ben və Cennifer evlənmək ərəfəsində idilər, lakin nişanlandıqdan sonra ayrıldılar. Təxminən 20 illik fasilə zamanı sənətçi Mark Entoni ilə evlənib və ondan iki uşaq - Maks və Emma dünyaya gətirib

  •  
  •  

 

 

 

Son xəbərlər

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

Bütün xəbərlər