BAKU Azərbaycan
°C

Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb.

Gundem.az xəbər verir ki, müraciətdə deyilir:

"Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.

Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçulərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.

Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.

Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq".

Son xəbərlər

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

Bütün xəbərlər