06.01.2022 / 10:40
299
İsrail Suriyanı tanklarla atəşə tutdu
İsrail ordusu Suriyanın Quneytra əyalətini tanklarla atəşə tutub.
Gundem.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.
"İsrail işğalçıları Quneytra yaxınlığındakı Əl-Hurriyə kəndinin kənarını tanklardan atəşə tutublar. İşğalçıların (Suriyada İsrail nəzərdə tutulur) helikopterləri və kəşfiyyat təyyarələri ərazi üzərində intensiv uçuşlar həyata keçirir", - deyə məlumatda bildirilib.
İtkilər barədə hələki məlumat yoxdur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay