Putinin sözçüsü dünyaya mesaj verdi: \"Bu, Rusiyanın səsinin eşidiləcəyi sülh olacaq\"
“Rusiyanın mövcudluğu Qərb üçün qıcıqlandırıcıdır. Amma buna baxmayaraq, Rusiya qalib gələcək”.
Gundem.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “Bilik” Cəmiyyətinin marafonunda çıxışında deyib.
O bildiirb ki, buna əsla çübhə olmamalıdır: "Biz qalib gələcəyimizə, bütün məqsədlərə nail olacağımıza əminik. Hər şey yaxşı olacaq. Rusiya bütün hədəflərinə çatacaq”.
Peskov xüsusi vurğulayıb ki, bütün ölkə Putini dəstəkləyir: "Əminəm ki, siz onu dəstəkləyirsiniz, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir".
O bildirib ki, Qərb Rusiyanın istədiyi kimi yaşamağına mane olmaq üçün hər şeyi etməyə hazırdır: "ABŞ Rusiyaya düşmən dövlətə çevrilib. Rusiya öz qələbəsinə və məqsədlərinə çatacağına əmindir. Rusiya siyasi, iqtisadi və informasiya baxımından təcrid olna bilməz. Müharibə sülhlə başa çatacaq: Lakin bu sülh Rusiyanın səsinin eşidiləcəyi sülh olacaq".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay