BAKU Azərbaycan
°C

İyunun 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Baueri səlahiyyət müddətinin başa çatması və xanım Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmədindən verilən məlumata görə, Komissiya sədri Əli Nağıyev görüş zamanı BQXK-nin humanitar fəaliyyətinə toxunaraq ölkəmiz ilə sözügedən qurum arasında mövcud münasibətlərdən, Birinci Qarabağ və Vətən müharibələri zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi sahəsində Dövlət Komissiyasının BQXK ilə sıx əməkdaşlığından ətraflı bəhs etmiş, təşkilatın respublikamızda 30 ilə yaxın müddət ərzində həyata keçirdiyi humanitar missiya barədə fikirlərini bölüşüb, bu missiya sayəsində daha uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib. Bununla yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələnin yüksək həssaslığını, onların ailə üzvlərinin intizar və narahatlıqlarına tez bir zamanda son qoyulmasının əsas vəzifə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik nəzarətində olduğunu nəzərə alaraq, həmin şəxslər barədə məlumatların Ermənistan tərəfindən Azərbaycana verilməsində BQXK-nin vasitəçiliyinin gücləndirilməsinin zəruriliyi, müvafiq yönümdə fəaliyyət intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

 

Sonra Dövlət Komissiyasının sədri Əli Nağıyev Arian Bauerə ölkəmizdə çalışdığı dövrdə göstərdiyi ciddi səylərə görə təşəkkürünü bildirərək gələcək işlərində müvəffəqiyyətlər arzulayıb, Draqana Kojiçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

 

Səmimi qəbula görə minnətdarlıq edən Arian Bauer təsisatın Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi dövründə BQXK tərəfindən Qarabağ münaqişəsinin doğurduğu fəsadlardan ziyan görmüş vətəndaşlarımıza göstərilən humanitar yardım, o cümlədən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində reallaşdırılan mühüm layihələr və önəmli tədbirlər barədə məlumat verib.

 

Öz növbəsində qonaqpərvərliyə və isti qarşılanmaya görə təşəkkürünü çatdıran Draqana Kojiç Azərbaycanla BQXK arasında formalaşmış qarşılıqlı səmərəli əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduğunu demiş, qarşıda duran vəzifələrin həlli yolunda var-qüvvə ilə çalışacağını diqqətə çatdırıb.

 

Görüşdə həmçinin digər vacib məqamlar ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

 

Son xəbərlər

Üçüncü övladını dünyaya gətirərkən öldü... - VİDEO

Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar

Aygün Kazımova toya bəyin dostu ilə "oyun çıxardı" - VİDEO

Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...

Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tramp "Apple"ı tariflərlə hədələdi

NATO Rusiya sərhədində PUA buraxacaq

Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

Linkolnun qanlı əlcəkləri 1,5 milyona satıldı

Bu Avropa ölkəsində əhalinin sayı sürətlə azalır

“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Müğənnini tava ilə döyüb öldürdülər

“Qalatasaray” onunla müqaviləni uzadır

Sürücülərin nəzərinə -Bu yol təmir olunur

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı...

Modriç buna görə "Real"dan getdi

Xarici bazarlara pomidor ixracı neçə faiz artıb?

Bütün xəbərlər