BAKU Azərbaycan
°C

Əlizamin Salayev oğlunu məsuliyyətdən yayındırmaq və cərimələri ödəməmək üçün Salyan şəhərindəki Mərkəzi parkda ictimai asayişi pozub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov  bildirib ki, Salyan rayon sakini 21 yaşlı Oktay Salayev bu il fevralın 8-də idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən barəsində inzibati protokol tərtib olunmuş, inzibati xətaya görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəmədiyindən həmin məbləğ dəbbə ilə birlikdə 240 manat təşkil edib.

İyunun 29-da O.Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib, hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

Bu gün O.Salayevin atası Əlizamin Salayev oğlunu məsusliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişin pozaraq əsassız səs-küy qaldırıb.

Polis əməkdaşları onu intizama dəvət etdikdə isə Ə.Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunub.

Pravda.az

Son xəbərlər

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Avropanın 15 ən gözəl yeri: ən qısa zamanda ziyarət etməyə dəyər

Bütün xəbərlər