81 yaşlı kişini ütü ilə öldürməkdə günahlandırılan qadın DANIŞDI - VİDEO
Xəzər TV-nin əməkdaşları 81 yaşlı Hidayət Cəfərovun işgəncələr nəticəsində ölməsi iddiası ilə bağlı yenidən hadisənin baş verdiyi Bərdə rayonunda olublar.
Hazırda vəziyyətlə bağlı qarşılıqlı ciddi iddialar səslənir. Tərəflər bir-birilərini kişinin ölümündə, mal-mülkə sahib olmaq istəyində ittiham edirlər. Kişini ütü ilə yandırmaqda ittiham olunan Serbiya Cəfərova haqqında deyilənlərə cavab verib.
81 yaşlı kişinin birinci həyat yoldaşından olan övladları onun ikinci həyat yoldaşını, qadın da əks tərəfi Hidayət Cəfərovun ölümündə ittiham edir.
Mərhumun birinci həyat yoldaşından olan oğlanları deyirlər ki, dəfn mərasimindən sonra atalarının ölümünə səbəb olan ikinci həyat yoldaşı Serbiya Cəfərovanın cəza alması üçün müvafiq orqanlara şikayət edəcəklər. Çünki bu günə qədər qadın cəzasız qalıb.
Mərhumun digər oğlu isə dəfələrlə atalarını qadının himayəsindən çıxarıb ona baxmaq istəsələr də, qadının buna imkan vermədiyini deyir.
Hidayət Cəfərovun ikinci həyat yoldaşı Serbiya Cəfərova isə səsləndirilən fikirlərin böhtan olduğunu deyir. 11 ildən çoxdur Hidayət Cəfərov ilə ailə həyatı qurduğunu bildirən 62 yaşlı qadın qarşı tərəfin bu cür danışmasına mülkün səbəb olduğunu iddia edir. Hidayət Cəfərov bir neçə il əvvəl birgə yaşadıqları evi qadının adına keçirdiyindən bu, onların xoşuna gəlməyib. Bu səbəbdən də ailə arasında uzun zamandır münaqişə yaşanır.
Serbiya Cəfərova 81 yaşlı həyat yoldaşının bədəninə heç vaxt ütü basmadığını, həmin xəsarətin kişinin yıxılaraq aldığını, sinəsində olan cızıqların isə bədənini təmizləyən zaman yarandığını deyir.
Ölüm faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay